Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
122760
az

Netanyahu İran xalqına ÇAĞIRIŞ ETDİ: "Xamenei rejimini daha çox qorxudan bir şey var"

09:5013 Noyabr, 2024
40
DÜNYA
  • A

İsrailin baş naziri Benyamin Netanyahu İran xalqına yeni videomüraciət ünvanlayıb.

OXU24.COM xəbər verir ki, İsrail hökumətinin başçısının bəyanatları onun ofisi tərəfindən yayımlanıb.

O, ölkəsinin İranla müharibə istəmədiyini və dövlətlər arasındakı münasibətlərdəki bütün problemlərin Tehrandakı hakimiyyətdən qaynaqlandığını bildirib.

"İranın ali dini lideri Ayətullah Əli Xamenei rejimini İsraildən daha çox qorxudan bir şey var. Bu, siz İran xalqısınız", - Netanyahu deyib.

İsrail hökumətinin başçısı əlavə edib ki, Xamneyi rejimi hər gün zəifləyir, İsrail isə güclənir və dünya əvvəllər gücünün yalnız bir hissəsini görüb.

İsrailin baş naziri vurğulayıb ki, İranın oktyabrın 1-də İsrailə təşkil etdiyi raket hücumu Tehrana 2,3 milyard dollara başa gəlib. Netanyahunun sözlərinə görə, İsrailə qarşı növbəti hücum İran iqtisadiyyatına böyük ziyan vuracaq.

“Mən bilirəm ki, çoxlarınız bu müharibəni istəmirsiniz. Mən də bu müharibəni istəmirəm. İsrail xalqı bu müharibəni istəmir”, - Netanyahu iranlılara müraciətində əlavə edib.

Çıxışını yekunlaşdıran Netanyahu İranı İsraillə dinc və firavan həyat “xəyalını” gerçəkləşdirməyə çağırıb.

Noyabrın 5-də İsrail Müdafiə Qüvvələri İranın mümkün zərbəsi ərəfəsində hazırlıq səviyyəsini artırıb. Ordu Baş Qərargahı və bütün bölmələr vəziyyəti qiymətləndirmək üçün hər gün iclaslar keçirir, aviasiya və hava hücumundan müdafiə sistemləri yüksək hazırlıq vəziyyətindədir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Suriya həbsxanalarında istifadə edilən qorxunc alətlər - VİDEO
Fransada Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edildi -FOTO
Kolumbiya hökuməti Azərbaycana təşəkkür etdi

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Erməni hərbi cinayətkarların işi Bakı Hərbi Məhkəməsinin sədrinin icraatına verilib