Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
122736
az

Çeçenistanda 11 məktəbin direktoru işdən çıxarılıb

20:1512 Noyabr, 2024
13
DÜNYA
  • A

Çeçenistan Respublikasında bir sıra məktəblərin direktorları vəzifələrini lazımınca yerinə yetirmədiklərinə görə işdən çıxarılıblar.

Oxu24.com xəbər verir ki,  vilayət rəhbəri Ramzan Kadırov bildirib.

Onun sözlərinə görə, respublika başçısının administrasiyası rəhbərinin birinci müavini Xədizat Kadırova Çeçenistanda təhsil təşkilatlarının işçilərinin plandankənar attestasiyasının nəticələri haqqında hesabat hazırlayıb. Məlumatda vurğulanıb ki, yoxlama zamanı 11 məktəb direktorunun işində nöqsanlar aşkar edilib.

“Nəticədə  11 direktor tutduğu vəzifədən azad edilib. Həmçinin 4 rayon təhsil şöbəsinin müdiri attestasiyadan keçməyib”, - məlumatda deyilir.

Kadırov əlavə edib ki, bunun fonunda məktəb direktorlarının və rayon təhsil şöbələrinin müdirlərinin təyinatına xüsusi diqqət yetirilməsinə göstəriş verib. O, müvafiq problemlərin həlli üçün komissiya yaradılmasını da tələb edib.

“Heç bir pozuntu olmamalıdır. Nəticəyə görə rayon təhsil şöbələrinin müdirləri və bələdiyyə rəhbərləri cavabdehlik daşıyacaqlar”, - məlumatda  vurğulanır.

Rayon rəhbəri əlavə edib ki, məktəblərin işinin təşkilinə səhlənkar münasibət yolverilməzdir.

Əvvəllər Çelyabinsk vilayətində 12 məktəbin direktoru müəllimlərə qarşı həddindən artıq tələblərə görə intizam məsuliyyətinə cəlb edilib.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Polşa Macarıstandakı səfiri geri çağırdı: "Bunu qeyri-dostluq aktı hesab edirik"
Suriya həbsxanalarında istifadə edilən qorxunc alətlər - VİDEO
Rusiya BMT Təhlükəsizlik Şurasının iclasında raket hücumları mövzusunu qaldıracaq

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Erməni hərbi cinayətkarların işi Bakı Hərbi Məhkəməsinin sədrinin icraatına verilib