Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
122694
az

“Əminəm ki, bu razılaşma Bakıda əldə olunacaq”- Quterreş

13:0512 Noyabr, 2024
63
SİYASƏT
  • A

“Zənginlər problem yaradır, yoxsullar ən yüksək bədəli ödəyir. “Oxfam” təşkilatının məlumatına görə, milyarderlər bir saat yarım ərzində orta statik bir insanın ömrü boyu hasil edəcəyi qədər karbon emissiya edir”.

Oxu24.com xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılışında deyib.

Onun sözlərinə görə, karbon emissiyası sürətlə azaldılmasa və adaptasiya sürətləndirilməsə, hər bir ölkə iqtisadiyyatı daha böyük zərərlə üzləşəcək. Bununla belə, Baş katib sözügedən prosesdə ümidin olduğunu diqqətə çatdırıb.

Quterreş qeyd edib ki, Oksford Universiteti və BMT-nin İnkişaf Proqramı tərəfindən aparılan sorğunun nəticələrinə əsasən, dünya üzrə insanların 80 faizi iqlimlə bağlı daha çox tədbirlərin olmasını istəyir: “Alimlər, aktivistlər və dəyişiklik tələb edən gənclərin səsi duyulmalıdır”.

İqlim maliyyəsi ilə bağlı razılaşmanın əhəmiyyətindən danışan BMT rəsmisi bildirib: “COP29 iqlim maliyyəsi ətrafında divarları dağıtmalıdır. İnkişaf etməkdə olan ölkələr Bakını boş əllə tərk etməməlidir. Razılaşma mütləqdir. Və mən əminəm ki, bu razılaşma əldə olunacaq”.

O vurğulayıb ki, iqlim maliyyəsi xeyriyyə deyil, yatırımdır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hakan Fidan      Bakıya      gəlir
İlham Əliyevin İrakli Kobaxidze ilə təkbətək görüşü başlayıb- Fotolar
Braziliya Prezidenti İlham Əliyevə       başsağlığı       verdi

4 qulaqlı pişik görənləri MAT QOYDU - FOTOlar

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyindən özümüzü necə qoruyaq? - QAYDASI +ƏLAMƏTLƏRİ
Üç uşaq atası olan 30 yaşlı kişi özünü asdı