Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
122655
az

"Bunun qarşısını almaq üçün birgə səylərlə çalışmaq lazımdır"- Prezidentin köməkçisi

10:1812 Noyabr, 2024
49
SİYASƏT
  • A

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanın neft ölkəsi olaraq COP29-a ev sahibliyi etməsini tənqid edənlərə cavab verib.

Oxu24.com  xəbər verir ki, Prezidentin köməkçisi Hikmət Hacıyev jurnalistlərə açıqlamasında bildirib ki, indiyə kimi 29 dəfə COP sammiti keçirilib.

"Burada İsveçrə xaric olmaqla demək olar ki, bütün dövlətlər bu və ya digər formada qazıntı yanacaqlarını istehsal edən ölkələr olub. Ümumiyyətlə qazıntı yanacaqları ilə əlaqədar əgər bir tərəfdən təklif varsa, digər tərəfdən də tələb var. Demək olar ki, Konvensiyanın üzvü olan bütün tərəflər qazıntı yanacaqlarının istifadəçisidirlər. Burada biz yenə ucuz xarakterli, bir qədər populist elementləri görürük. Qazıntı yanacaqları da mövcud dünyanın tərkib hissəsidir, real dünyanın tələbatları var. Təbii ki, bunun iqlim dəyişikliyinə mənfi təsir göstərməsi faktdır, qarşısını almaq üçün birgə səylərlə çalışmaq lazımdır, nəinki bu qəbildən olan ucuz, mahiyyət daşımayan müzakirələrlə. Bizdən əvvəl Avropa ölkələri bu konfransa ev sahibliyi edib. Məsələn, götürək Polşanı. Polşa bu gün dünyada ən çox kömür istehsal edən ölkələr sırasındadır və s.", - o deyib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hakan Fidan      Bakıya      gəlir
İlham Əliyevin İrakli Kobaxidze ilə təkbətək görüşü başlayıb- Fotolar
Braziliya Prezidenti İlham Əliyevə       başsağlığı       verdi

4 qulaqlı pişik görənləri MAT QOYDU - FOTOlar

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyindən özümüzü necə qoruyaq? - QAYDASI +ƏLAMƏTLƏRİ
Üç uşaq atası olan 30 yaşlı kişi özünü asdı