Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
122622
az

Rusiya və İran ödəniş sistemlərinin inteqrasiyasının birinci mərhələsini başa çatdırıblar

23:5711 Noyabr, 2024
82
DÜNYA
  • A

Rusiya və İran “Mir” və “Şetab” ödəniş sistemlərinin inteqrasiyasının birinci mərhələsini başa çatdırıblar.

Oxu24.com xəbər verir  ki, bu barədə İran Mərkəzi Bankının nümayəndəsi Mustafa Qamari Vəfa sosial şəbəkələrdə məlumat verib.

“İranın ödəniş sisteminin (Şetab) Rusiyanın ödəniş sisteminə (Mir) qoşulmasına başlanılıb”, - deyə o yazıb.

Onun sözlərinə görə, birləşməyə iki ölkənin mərkəzi bankları cəlb olunub. Müəyyən çətinliklərə baxmayaraq, işlər hələ tam başa çatmasa da, layihə tamamlanıb.

Artıq İran sakinləri öz ölkələrində kartlarından rublla nağd pul çıxara bilərlər. Qəməri Vəfa bunun necə baş verdiyini NFC texnologiyalı smartfondan istifadə edən şəxsin VTB bankomatından vəsait çıxardığı qısa videonu dərc etməklə aydın şəkildə nümayiş etdirib.

Sentyabrın 15-də İranın Rusiyadakı səfiri Kazem Cəlali bildirib ki, “Mir” ödəniş sistemi İranda təxminən altı aydan sonra işə başlayacaq. Öz növbəsində İranın milli ödəniş sistemi “Şetab” Rusiyada fəaliyyət göstərəcək.

Əvvəllər məlum olub ki, Rusiyanın “Mir” ödəniş sisteminin kartları Nikaraquada fəaliyyətə başlayıb.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Plastik cərrahların nəzərinə!- Sənəd qəbulu dayandırılır
Lətif Nəbiyev    azadlığa    buraxıldı