Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
12261
az

Bibisini zorlayıb öldürən şəxs həbsxanada özünü asdı

13:2522 Aprel, 2019
642
KRİMİNAL
  • A
 
Rusiyada adam öldürdüyünə görə həbsdə yatmış 45 yaşlı Mişi Migirov özünə qəsd edib.

Oxu24.com criminal.az saytına istinadən xəbər verir  ki, O, saxlanıldığı Şüvəlandakı istintaq təcridxanasında özünü asıb. Onu ağır vəziyyətdə Penitensiar Xidmətin müalicə müəssisəsinə çatdırıblar.

M.Migirov ahıl bibisini qəbiristanlıqda, iki ay əvvəl dünyasını dəyişən doğma qardaşının məzarı önündə zorlamaqda və onu döyərək öldürməkdə ittiham olunur. Dəhşətli və dəhşətli olduğu qədər də utancverici hadisə ötən il aprelin 17-də Quba rayonunun Qırmızı Sloboda qəsəbəsində baş verib. Bakı Ağır Cinayətlər Məhkəməsində zorlamada və qətldə təqsirləndirilən Quba rayonu, Qırmızı Sloboda qəsəbə sakini Mişi Migirovun cinayət işi üzrə məhkəmə davam edir. M.Migirov məhkəmədə bibisini qətlə yetirmədiyini deyib.

Hadisəyə Penitensiar Xidmət hələlik münasibət bildirməyib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanlı müğənni evində ölü tapıldı - FOTO
Kəlbəcərdə usta 4-cü mərtəbədən yıxıldı
Bakıda “Prado” ilə avtoşluq edən şəxs həbs olundu