Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
122602
az

Ukrayna Trampın qələbəsindən sonra NATO-ya dəvət olunma ehtimalını dəyərləndirib

22:2011 Noyabr, 2024
59
DÜNYA
  • A

ABŞ prezident seçkilərində Donald Trampın qələbəsindən sonra Ukraynanın Şimali Atlantika Alyansına dəvət olunması ehtimalı az görünür.

 

Oxu24.com xəbər verir  ki, bu barədə “Reuters” Ukrayna rəsmisinə istinadən məlumat yayıb.

 

"Trampın qələbəsindən sonra Ukraynanın NATO-ya dəvət alması ehtimalı az görünür", - hesabatda deyilir.

 

Ukrayna rəsmisinin sözlərinə görə, Trampın Kiyevə yardımı kəsməsi riski var.

 

Bir gün əvvəl ABŞ-ın seçilmiş prezidentinin oğlu kiçik Donald Tramp öz İnstaqram səhifəsində Ukraynaya maliyyə yardımının tezliklə dayandırılması ilə bağlı  video yayımlayıb.

Noyabrın 7-də ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib ki, prezident Co Baydenin administrasiyası səlahiyyət müddətinin sonuna qədər Ukraynaya dəstəklə bağlı hazırkı xarici siyasətini davam etdirəcək.

ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçirilib. Bu vəzifə üçün Demokratlar Partiyasının namizədi Kamala Harris və Respublikaçılar Partiyasının nümayəndəsi Donald Tramp mübarizə aparıb. Qələbə qazanmaq üçün siyasətçilərdən biri ən azı 270 seçici səsini toplamalı idi. Səsvermənin nəticələrinə görə, Tramp 312, Harris isə 226 səs toplayıb.

ABŞ-ın 47-ci prezidentinin andiçmə mərasimi 2025-ci il yanvarın 20-də baş tutacaq.

Bir müddət əvvəl ABŞ-ın keçmiş dövlət katibi Baydenin Ukraynaya yardımı “boşa xərclədiyini”  bildirib.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

PUA yerinə helikopteri vuran rus               zabit        cəzalandırdıldı
Starmer            Kiyevdədir
Aİ Qəzzada mümkün atəşkəsə münasibət bildirib