Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
122546
az

Tayvan ABŞ-dan böyük miqdarda silah alacaq

20:5711 Noyabr, 2024
40
DÜNYA
  • A

Financial Times mənbələrə istinadən yazır ki, Tayvan hakimiyyəti ABŞ-dan əhəmiyyətli miqdarda silah almaq niyyətindədir.

 

Oxu24.com xəbər verir  ki, Tayvanın yüksək səviyyəli təhlükəsizlik rəsmisi FT-yə bildirib ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın komandası ilə Tayvanın müdafiəsini gücləndirmək istəyini göstərmək üçün hansı silah paketlərinin əldə oluna biləcəyi ilə bağlı qeyri-ictimai müzakirələr aparılıb.


Vəziyyətlə tanış olan bir neçə şəxs FT-yə bildirib ki, Taypey çox güman ki, Lockheed Martin Corporation-dan gəmilər və Northrop Grumman-dan Grumman E-2 Hawkeye havadan erkən xəbərdarlıq təyyarələri tələb edəcək. Onlar həmçinin Patriot yer-hava raket sistemləri üçün daha çox raket istəyirlər və F-35 qırıcı-bombardmançı təyyarələrin verilməsini Vaşinqtonda müzakirələrə səbəb ola bilər.

Qəzetin həmsöhbətləri aydınlaşdırırlar ki, Taypey 60 F-35, dörd Grumman E-2 Hawkeyes, əvvəllər istismardan çıxarılan 10 gəmi və 400 Patriot raketinin satışı ilə bağlı müraciət edə bilər. Bundan əlavə, hakimiyyət “Aegis” raketdən müdafiə sistemi olan esmineslər almağı planlaşdırır.

FT xatırladır ki, Trampın prezidentliyi dövründə ABŞ Tayvana F-16 qırıcıları və Abrams tankları da daxil olmaqla 21 milyard dollar dəyərində silah tədarükünü təsdiqləyib. ABŞ prezidenti Co Bayden dövründə bu cür təchizatların dəyəri 7 milyard dollar təşkil edirdi.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bundestaq Şolz hökumətinə etimadsızlıq səsverməsi keçirib
2025-ci ildə Moskva müharibədə qələbəyəçatmağı planlaşdırır
Hollandiya Rusiya ilə döyüşmək istəmədiyini bəyan edib

Qadın ərini pişiyə görə məhkəməyə verdiö

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
Sabiq rəisin cəzası- 2 il 6 ay artırıldı