Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
12254
az

Kremlin baş sutenyorunun güllə ilə qırılan ömrü – Stalinin qızına sataşan Yenukidze

11:3022 Aprel, 2019
1764
DÜNYA
  • A
 
Oxu24.com musavat.com-a istinadən maraqlı yazını təqdim edir:

İosif Stalinin hakimiyyətə gəlişindən sonra Kremldən başlanan böyük “təmizlik” işlərində partiya sıralarında qalmaq üçün hər bir partiya üzvündən tərcümeyi-hal tələb olunub, bu tərcümeyi-halı təsdiqləyən və ona zamin dura biləcək üç nəfərin adının yazılması mütləq şərt sayılıb. Avel Yenukidzə də öz tərcümeyi-halını yazdıqdan sonra tələbə uyğun olaraq üç nəfərin adını qeyd edib: Stalin, Voroşilov. Orconikidze. Bu haqda Stalinə yazılı şəkildə məlumat verilib. O, heç bir müzakirə açmadan yazıya dərkənar qoyub: “Avel Yenukidzenin bütün yazdıqlarını təsdiq edirəm”.

Yenukidze Stalinin ailəsinə ən yaxın adamlardan biri sayılıb. O, həm də Stalinin həyat yoldaşı Nadejda Alliluyevanın xaç atası olub.

Kreml məmurları tərəfindən “Qızıl balıq” ləqəbini qazanan Avel Yenukidze 1877-ci ildə Kutaisidə anadan olub. Kənd məktəbini bitirdikdən sonra Tiflisdə texniki peşə məktəbində təhsil alıb. İlk əmək fəaliyyətinə Tiflis dəmiryolu idarəsində başlayan Yenukidze sonrakı fəaliyyətini Bakıda dəmiryolu deposunda davam etdirib. Gənc yaşlarından inqilabi hərəkata qoşulub, Bakıdakı gizli “Nina” mətbəəsinin yaradıcılarından biri olub. Həmin illərdən Avellə Nadejda Alliluyevanın atasının dostluq münasibətləri yaranıb. Onlar həm bir yerdə işləyiblər, həm də Bakıda və Tiflisdə gizli siyasətlə məşğul olublar.

Nadejda dünyaya gələndə valideynləri Avel Yenukidzedən onun xaç atası olmasını xahiş ediblər. Və yəqin ki, o vaxt Yenukidzenin ağlına belə gəlməyib ki, bu qızcığaz nə vaxtsa çar Rusiyasının yerində qurulacaq SSRİ adlı dövlətin birinci şəxsinin həyat yoldaşı olacaq.


Yenukidze siyasi fəaliyyətinə görə 7 dəfə həbs olunub. 1900-cü illərin əvvəllərində o, Leninlə tanış olub, Stalinlə isə bir yerli kimi daha yaxın münasibətlər qurub.

1917-ci ilin oktyabrında baş verən bolşevik çevrilişinin fəal iştirakçısı olan Avel Yenukidze 1918-1922-ci illərdə Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin, 1922-1935-ci illərdə isə SSRİ Mərkəzi İcraiyyə Komitəsinin katibi vəzifəsində çalışıb. Stalin Yenukidzeyə etibar edərək onu öz yaxınına daha çox buraxıb.

Əslində Yenukidze bu yüksək vəzifədə çalışsa da, siyasətə çox da meylli olmayıb, Kreml məmurlarının işinə heç vaxt qarışmayıb. Elə bəlkə də buna görə ona “Kremlin zavxozu” deyiblər.

Məlum olduğu kimi, Xruşovun hakimiyyətinə qədər yüksəkçinli məmurların əksəri Kreml ərazisindəki evlərdə yaşayıblar. Elə Stalinin də mənzili Kremldə olub. Yenukidzenin əsas vəzifələrindən biri bu məmurların təminatı ilə daha çox bağlı olub. Həmçinin o, banketlərin, bayram tədbirlərinin təşkilatçılığına, təminat məsələlərinə cavabdehlik daşıyıb. Amma onun missiyası təkcə bunlarla bitməyib, o həm də birincilərin məclislərini gənc xanımlarla rövnəqləndirib. Elə Stalini sevimli tibb bacısı Valentina İstomina ilə tanış edən də Yenukidze olub.

Avel Yenukidze Stalinin evinə sərbəst giriş-çıxış edən şəxslərdən biri olub. Stalinin qızı Svetlana Alliluyeva öz xatirələrində onun haqqında yazıb:
“Avel dayını evimizdə hamı yaxşı tanıyırdı və sevirdi. O, həm də anamın xaç atasıydı. Atamla da çox isti münasibətləri var idi. Amma qəribəlikləri də az deyildi. Anam vəfat edəndə məni onunla sonuncu dəfə görüşmək üçün meyidin yanına buraxdılar. Uşaq idim, çox qorxdum, həyəcanla ağlamağa başladım. Bu məqamda Avel dayı məni qucağına götürüb yan otağa apardı. İkimizin olduğu otaqda o, məni qucağında otuzdurdu, mənimlə “oynamağa” başladı, kiçik stolun üstündə olan meyvələri bədənimin ayrı-ayrı yerlərinə sürtdü, onları mənə “yeritməyə” cəhd etdi...”


Avel Yenukidzenin azyaşlı qızlara qarşı meylliliyinə çoxları bələd olub. Hətta o, həddi-büluğa çatmayan qızları Kremlin xidmət personalına işə də götürüb. Ömrünün sonuna qədər subay qalan köhnə bolşevik ildən-ilə daha azyaşlıları, 9-11 yaşlarında qızları öz toruna salıb. Heç bir fiziki yaxınlığa nail ola bilməyəndə, daha dəqiq ifadə etsək, buna gücü çatmayanda, Yenukidze onları mənəvi cəhətdən alçaldıb.

Maraqlı məqamlardan biri də budur ki, Yenukidzenin bu “fəaliyyəti” haqqında Kreml məmurlarının çoxu xəbərdar olub, amma heç bir tədbirə əl atılmayıb. Bəzi tarixçilərin qənaətinə görə, bunun səbəbi o olub ki, Yenukidze məmurları da qadın və qızlarla təmin edib, elə o cümlədən Stalini də. Və bu canlı “arxiv”i tərpətmək təhlükəli sayılıb.


Araşdırmaçıların qənaətinə görə, 1935-ci ildə məmurların vətənə xəyanət ittihamı ilə başlanan “Kreml işi”nin əsas hədəflərindən biri Yenukidze olub. İstintaqın gedişi zamanı martın 3-də Yenukidze SSRİ Mərkəz İcraiyyə Komitəsinin katibi vəzifəsindən azad edilərək Zaqafqaziya Federasiyası Mərkəzi İcraiyyə Komitəsinə katib təyin edilib. Ancaq istintaq zamanı Yenukidzenin Kremldəki fəaliyyətində yeni nöqsanlar aşkar edildikdə, onun təyinatı ilə bağlı qərar ləğv olunub və o, Mineralnı Vodı şəhərində Kurortlar idərəsinə rəis təyin edilib. Ancaq bu vəzifə də Stalin üçün böyük görünüb və o Yenukidzeni Xarkova kiçik bir nəqliyyat idarəsinə rəis göndərib. O, elə bu vəzifədə də, 1937-ci ildə vətənə xəyanət, casusluq, Jdanovun həyatına sui-qəsd cəhdi, kommunist əxlaqına zidd olan əməllərə görə həbs edilib. Bunlarla yanaşı Avel Yenukidze Kremldə dövlət çevrilişinə cəhddə də günahlandırılıb və o, ən ağır cəzaya, güllənməyə məhkum edilib.

Yenukidze istintaq zamanı həbs olunmasının əsl səbəbini müstəntiqdən gizlətməyib:

“Mənim əsas cinayətim ondan ibarətdir ki, Stalin Kamenev və Zinovyevə məhkəmə qurub onları güllələtmək istəyəndə, mən onu bu fikrindən daşındırmaq istədim. Mən ona dedim ki, onlar sənə etdikləri pisliklərə görə yetərincə əziyyət çəkirlər, onlar partiyadan xaric olunublar, həbsdədirlər, övladları çörəyə həsrət qalıb, bunlar kifayət deyilmi? Axı onlar da bizim kimi köhnə bolşeviklərdir. Anlatdım ki, onların qanını töksən, dünya bizə yaxşı baxmayacaq. Bu sözlərdən sonra o mənə elə baxdı ki, sanki doğma atasını mən öldürmüşəm və qəzəblə söhbətə bu cümlə ilə yekun vurdu: “Unutma, Avel, kim mənimlə deyilsə, demək o, mənə qarşıdır!”. Bu söhbətdən sonra aramızda soyuq münasibət yarandı...”

Beləliklə, ailənin ən yaxın adamı olan Avel Yenukidze ailənin başçısı Stalinin göstərişi ilə 1937-ci ilin oktybrın 30-da, 60 yaşında güllələnib... Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Prezidentin iştirak etdiyi tədbirdə dəhşət: Atın belindən yıxılan jokerin ayağı sındı
Meymun balası aslanın döşündən süd əmdi
Sirkdə dəhşətli anlar: Şirlər ata hücum etdi,insanlar qorxuya düşdü

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Antibiotiklər insan ölümünə səbəb olur -ÜST-dən xəbərdarlıq
Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO