Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
12251
az

Bakıda meyiti tapılan 73 yaşlı qadın sifarişlə qətlə yetirilib - CİNAYƏTİN TƏFƏRRÜATLARI

10:4222 Aprel, 2019
1152
KRİMİNAL
  • A
 
Polis və prokuroroluq orqanlarının əməkdaşları tərəfindən yüksək peşəkarlıqla həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış və istintaq hərəkətləri tədbirləri nəticəsində paytaxtın Nizami rayonu ərazisində törədilmiş ağır cinayətin üstü açılıb.

DİN-in Mətbuat xidmətindən  bildirilib ki, aprelin 17-də səhər saatlarında rayonunun Azər Manafov küçəsi ev15/21 ünvanında yanğın baş verməsi barədə Nizami Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsinə məlumat daxil olub. Hadisə yerinə baxış zamanı mənzilin sahibi və həmin ünvanda tək yaşayan 1946-cı il təvəllüdlü Validə İbrahimovanın yanmış meyiti aşkar olunub. Daha sonra meyit daxili və xarici müayinədən keçirilməsi üçün məhkəmə tibbi ekspertizasına göndərilib. Ekspertiza zamanı müəyyən edilib ki, həmin şəxs yanğından əvvəl boğularaq qətlə yetirilib.

DİN Baş Cinayət Axtarış İdarəsi, Bakı şəhər Baş Polis İdarəsinin (BPİ) Cinayət Axtarış İdarəsi və Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının “isti” izlərlə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində baş vermiş hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ziya Dadaşov və Füzuli rayon sakini Amil Piriyev saxlanılıblar.

Onlar ifadələrində hadisə günü “Leyla” kimi tanıdıqları şəxsin sifarişi ilə V.İbrahimovanın mənzilinə tamah məqsədi ilə daxil olduqlarını, onu qətlə yetirəndən sonra isə izi itirmək məqsədi ilə mənzili və meyiti yandırdıqlarının bildiriblər. Hadisədən sonra həmin şəxslər V.İbrahimovanın qızıl-zinət əşyalarını, mobil telefonunu və 120 manatını ələ keçiriblər. Qeyd edək ki. Z.Dadaşov və A.Piriyev saxlanılan zaman qızıllar onlardan aşkar olunaraq maddi sübut kimi götürülüb.

Polislər tərəfindən keçirilmiş əlavə əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayətin sifarişçisi Z.Dadaşov və A.Piriyevin “Leyla” kimi tanıdıqları paytaxt sakini əvvəllər məhkum olunmuş Həmidə Nəsibova da saxlanılaraq istintaqa təqdim edilib. O, ifadəsində Z.Dadaşov və A.Piriyevlə tanışı V.İbrahimovanı qətlə yetirtmək üçün əvvəlcədən razılığa gəldiyini etiraf edib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə Nizami Rayon Prokurorluğunda cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.


Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xaçmazda evdən qadının meyiti tapıldı
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ
İsmayıllıda gənc oğlanın meyiti tapıldı

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Bank kartından      oğurluq      edildi