Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
122455
az

Əllərin Keyiməsi Nədir? Əl Keyiməsi Hansı Xəstəliyin Əlamətidir?

22:1109 Noyabr, 2024
512
REDAKTORUN SEÇİMİ
  • A

Əldəki uyuşma gündəlik həyatda rastlaşa biləcəyimiz ümumi bir şikayətdir. Bu, sadə səbəblərdən qaynaqlana və ya daha ciddi bir sağlamlıq probleminin əlaməti ola bilər. Bu keyimə sinirlərin, qan damarlarının və ya əzələlərin təsirlənməsi nəticəsində baş verir. Uyuşma hiss itkisi və ya yanma hissi kimi simptomlarla müşayiət olunur. 
Adətən müvəqqəti bir vəziyyət olsa da, zamanla ciddi bir sağlamlıq probleminin əlamətinə çevrilir. Əl uyuşması bütün yaş qruplarında baş verir. Lakin sözügedən hala böyüklər və yaşlılar arasında daha çox rast gəlinir. Əl keyiməsinin səbəblərini, əlamətlərini və necə müalicə oluna biləcəyini anlamaq bu problemi yaşayan insanlar üçün böyük əhəmiyyət kəsb edir. 

Əl keyiməsinin səbəbləri nələrdir?

Əldəki uyuşmanın müxtəlif səbəbləri var. Bu səbəblər stresdən tutmuş daha ciddi nevroloji və qan dövranı problemlərinə qədər dəyişə bilər. Əldəki uyuşmanın ən çox görülən səbəbləri bunlardır:

  • Sinir sıxılması
  • Şəkərli diabet
  • Servikal disk yırtığı
  • Qan dövranı pozğunluqları
  • Vitamin çatışmazlığı
  • Alkoqol istifadəsi
  • Karpal tunel sindromu
  • Travmalar və zədələr

Sinir sıxılması. Əldəki keyimələrin ən çox görülən səbəblərindən biri sinirlərin sıxılmasıdır. Sinir sıxılması sinirlərin normal funksiyalarını yerinə yetirməsinə mane olan sinirlərin ətrafındakı toxumaların təzyiqi səbəbindən baş verir. Bundan əlavə dirsək sinirinin sıxılması dirsək nahiyəsindən başlayaraq kiçik barmaq və üzük barmağında uyuşmalara səbəb olur.
Şəkərli diabet. Diabet periferik neyropatiya adlanan sinir zədələnməsinə səbəb olur ki, bu da əldə uyuşma ilə nəticələnir. Uzun müddət yüksək qan şəkəri səviyyəsi sinirlərə zərər verə, əllərdə və ayaqlarda uyuşma, keyimə və ya yanma hissi yarada bilər. Diabetli insanlarda sinir zədələnməsi adətən proqressiv olur və zamanla daha şiddətli uyuşma və əzələ zəifliyinə səbəb olur.
Servikal disk yırtığı. Boyun fəqərələrindəki disklərdə olan yırtıqlar onurğa beyninə və ya sinirlərə təzyiq edərək əldə uyuşmaya səbəb olan faktorlardan biridir. Servikal disk yırtığı sinir köklərinin sıxılması nəticəsində baş verir və bunun nəticəsində baş verən əllərin keyiməsi boyun və çiyin ağrısı ilə müşayiət olunur.
Qan dövranı pozğunluqları. Əldəki keyimənin başqa bir səbəbi qan dövranının pozulmasıdır. Əllərə və barmaqlara kifayət qədər qan axını olmadıqda bu bölgələrdə uyuşma və qarışqalanma meydana gəlir. Xüsusilə, damar tutulması və ya uzun müddət soyuq havaya məruz qalma kimi vəziyyətlər əldə qan dövranının zəifləməsinə səbəb olur. Bu vəziyyətə misal olaraq Raynaud xəstəliyini göstərmək olar. Raynaud xəstəliyində soyuq və ya stres səbəbiylə əllərdə və ayaqlarda qan dövranı azalır və bunun nəticəsi olaraq əllərdə və barmaqlarda uyuşma olur.
Vitamin çatışmazlığı. Vitamin B12 sinir hüceyrələrinin sağlamlığının qorunmasında mühüm rol oynayır. Odur ki, bədəndə kifayət qədər vitamin B12 olmaması sinir sisteminə mənfi təsir göstərir. Nəticədə əllərdə və ayaqlarda uyuşma və keyimə meydana gəlir. Eyni şəkildə, fol turşusu və digər B vitaminlərinin çatışmazlığı oxşar simptomlara səbəb olur.
Alkoqol istifadəsi. Uzun müddətli spirt istifadəsi sinirlərin zədələnməsinə, əllərdə və ayaqlarda uyuşmalara yol açır. Alkoqollu neyropatiya kimi tanınan bu vəziyyət sinirlərin işinə təsir edərək keyimə, uyuşma və ağrıya səbəb olur. Alkoqol neyropatiyası da əzələ zəifliyi və zamanla tarazlıq problemləri ilə nəticələnə bilir.
Karpal tunel sindromu. Xüsusilə uzun müddət kompüterdə işləmək, bilək və əllərdə təkrarlanan hərəkətlər karpal tunel sindromuna səbəb olur. Karpal tunel sindromu bilək nahiyəsində sinirlərin sıxılması nəticəsində əldə uyuşma, keyimə və güc itkisi ilə nəticələnir. Bu vəziyyət uzun müddət müalicə edilmədikdə qalıcı sinir zədələnməsinə səbəb ola bilər.
Travmalar və zədələr. Əl və ya biləkdə hər hansısa travma, sınıq və ya çıxıq sinirin zədələnməsinə yol açır, nəticədə uyuşma və keyimə baş verir. Bundan əlavə, idman xəsarətləri və qəzalar da sinirlərin sıxılmasına və ya zədələnməsinə səbəb ola bilər.

Əllərdə keyimənin simptomları nələrdir?

Əldəki keyimə müxtəlif əlamətlərlə özünü göstərir. Bu simptomlar uyuşma səbəbindən asılı olaraq yüngül və ya ağır ola bilir. Əllərin keyiməsinin ümumi əlamətləri bunlardır:

  • Uyuşma
  • Yanma hissi
  • Əzələ zəifliyi
  • Ağrı

Uyuşma: Əldə hiss itkisi toxumaların zəifləməsinə və normal funksiyalarını itirməsinə səbəb ola bilir.
Yanma hissi: Bəzi hallarda uyuşma əldə yanma və ya istilik hissi ilə müşayiət oluna bilər.
Əzələ zəifliyi: İrəli hallarda əldə əzələ zəifliyi inkişaf edə bilər və əllə əlaqəli funksiyalar çətinləşə bilir.
Ağrı: Uyuşma ilə müşayiət olunan ağrı adətən sinir sıxılması və ya sinir zədələnməsi səbəbindən baş verir.

Əllərin keyiməsinin diaqnozu necə qoyulur?

Həkimlər əldə keyləşmənin əsas səbəbini müəyyən etmək üçün bir sıra testlər və müayinələr aparırlar. İlk mərhələdə xəstənin xəstəlik tarixi araşdırılır və simptomlar qiymətləndirilir. Daha sonra sinir funksiyasını və əzələ vəziyyətini qiymətləndirmək üçün müxtəlif testlər aparılır. Diaqnoz zamanı istifadə olunan testlər bunlardır:

  • Elektromiyoqrafiya (EMG)
  • Maqnit rezonans görüntüləmə (MRT)
  • Qan testləri

Elektromiyoqrafiya (EMG): Bu müayinə sinirlərin elektrik aktivliyini ölçərək sinir zədələnməsini aşkar edir.
Maqnit rezonans görüntüləmə (MRT): MRT sinirlərin və onurğa beyni strukturunun araşdırılmasına imkan verir. Xüsusilə servikal disk yırtığı kimi sinir sıxılmalarında istifadə olunur.
Qan testləri: Diabet və ya vitamin çatışmazlığı kimi metabolik pozğunluqları müəyyən etmək üçün qan testləri aparılır.

Əllərdə keyimənin müalicəsi necə olur?

Əl uyuşmasının müalicəsi uyuşmanın səbəbinə görə dəyişir. Sadə sinir sıxılması evdə məşqlər və həyat tərzi dəyişiklikləri ilə müalicə olunsa da, daha ciddi hallarda cərrahi müdaxilə tələb oluna bilir. Əl uyuşmasının müalicə üsulları bunlardır:

  • Fiziki Müalicə 
  • Dərman müalicəsi
  • Cərrahi müdaxilə
  • Həyat tərzi dəyişiklikləri

Fiziki Müalicə. Sinir sıxılması nəticəsində yaranan uyuşmaların müalicəsində fizioterapiya və məşqlər böyük əhəmiyyət kəsb edir. Bilək və əl məşqləri xüsusilə karpal tunel sindromu kimi hallarda sinirlərə olan təzyiqi azaldır. Fiziki terapiya əzələləri gücləndirməyə və sinir funksiyasını yaxşılaşdırmağa kömək edəcəkdir.
Dərman müalicəsi. Ağrı və iltihabı azaltmaq üçün həkimlər ağrıkəsicilər və ya iltihab əleyhinə dərmanlar təyin edə bilərlər. Sinir funksiyasını yaxşılaşdırmaq üçün vitamin B12 əlavələri də tövsiyə edilir. Bundan əlavə olaraq bəzi hallarda neyropatik ağrıları aradan qaldırmaq üçün antidepresanlar və ya antikonvulsanlar istifadə edilir.
Cərrahi müdaxilə. Sinir sıxılması şiddətlidirsə və fiziki müalicə və ya dərman kifayət deyilsə, cərrahi müdaxilə tələb olunma ehtimallar arasındadır. Bəzən karpal tunel sindromunda sinir üzərində təzyiqi azaltmaq üçün cərrahi əməliyyat edilir. Eyni şəkildə servikal disk yırtığı kimi hallarda da sinir üzərindəki təzyiqi aradan qaldırmaq üçün cərrahi müdaxilə tələb oluna bilər.
Həyat tərzi dəyişiklikləri. Əllərin uyuşmasının qarşısını almaq və aradan qaldırmaq üçün erqonomik düzəlişlər etmək vacibdir. Xüsusilə kompüter qarşısında işləyənlər üçün düzgün oturma mövqeyi, bilək dəstəyi və tez-tez fasilələr vermək vacibdir. Bundan əlavə sağlam qidalanma, müntəzəm idman və spirt qəbulunun azaldılması da sinir sağlamlığının qorunmasında təsirli olur.

Əllərin keyiməsi ilə əlaqəli risklər nələrdir?

Əl uyuşması müalicə olunmazsa, müxtəlif fəsadlar və risklər yarana bilər. Əllərin uyuşması riskləri bunlardır:

  • Daimi sinir zədələnməsi
  • Əzələ zəifliyi
  • Qan dövranı pozğunluqları

Əllərin uyuşması ümumiyyətlə qısa müddətli bir narahatlıq olaraq görülsə də, müalicə edilmədikdə ciddi fəsadlara yol aça bilər. Sinir sıxılması, qan dövranı pozğunluğu, vitamin çatışmazlığı və ya nevroloji problemlər əlin qalıcı zədələnməsinə səbəb olur. Ona görə də əlində uyuşma kimi əlamətlər müşahidə olunduqda həkimə müraciət edib problemin mənbəyini müəyyənləşdirmək və lazımi müalicəni almaq vacibdir. Erkən diaqnoz və müalicə ilə əllərin uyuşmasının səbəb olduğu risklərin qarşısı böyük ölçüdə almaq mümkündür. Unutmayın ki, əl sağlamlığınızı qorumaq gündəlik fəaliyyətlərinizi rahat şəkildə davam etdirmək üçün çox vacibdir.
İnteqrativ Tibbdə xəstəyə 1 bütün yanaşılır.  Əsməni əmələ gətirən səbəb araşdırılıb tapılır və onun müalicəsi aparılır. Xəstəlik bədənin özünü tənzimləmə prosesinin pozulmasıdır. Bu konsepsiyada  İnteqrativ Tibb mütəxəssisi  xəstəliyi deyil, xəstəni müalicə edir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ölən qızı "Mərcan" klinikasında əməliyyat ediblərmiş - DETALLAR
Nərminin meyiti gecə 3-də tapılıbmış - ŞOK DETALLAR
Sumqayıta gedənlərə vacib XƏBƏR: İstiqamət dəyişdi

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Sərxoş vəziyyətdə yıxılan      kişi     öldü