Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
122438
az

COP konfransları dünyaya nə verir?

17:0609 Noyabr, 2024
125
CƏMİYYƏT
  • A

Bazar ertəsi Bakıda iqlim məsələləri üzrə tərəflərin 29-cu konfransı öz işinə başlayacaq. 1992-ci ildə imzalanmış BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) mahiyyəti ondan ibarətdir ki, qlobal istiləşməyə əsas “töhfə vermiş” sənayeləşmiş ölkələr daha böyük məsuliyyət daşımalıdırlar. COP-un hər sessiyası üzrə danışıqlar da məhz bunun ətrafında qurulur.

Oxu24.com xəbər verir ki, bu barədə “Reuters” agentliyinin tədbirlə bağlı hazırladığı və iqlim sammitlərinin əhəmiyyətindən və çərçivə konvensiyasında bütün tərəflərin iştirakının vacibliyindən bəhs edən materialında deyilir.

İqlim dəyişikliyi problemə “töhfə verməsindən” asılı olmayaraq bütün ölkələrə aiddir. Bu qlobal təhlükəni həll etmək üçün birgə səylərə ehtiyac var və buna görə də illik COP görüşləri keçirilir.

COP istiləşməyə səbəb olan karbon və digər qazların emissiyalarının azaldılması tədbirlərinin müzakirəsi, onunla mübarizə və uyğunlaşma üçün maliyyə mexanizmlərinin işlənib hazırlanması üzrə platformadır. Bununla belə, əldə olunmuş irəliləyişlərə baxmayaraq, dəyişiklik sürəti qlobal temperatur artımının qarşısını almaq üçün kifayət deyil. İlk konfranslardan bəri emissiyalar və temperaturun orta göstəriciləri artmağa davam edir.

Materialda göstərilir ki, dünya liderləri demək olar hər sammitdə iştirak edirlər və bu, onların ölkələrinin UNFCCC-nin məqsədlərinə sadiqliyinin mühüm siqnalıdır. Liderlərin iştirakı həm də ölkələrə keçmiş vədlərə görə bir-birləri qarşısında məsuliyyət daşımağa kömək edir. Qeyd etmək lazımdır ki, bu tədbir zamanı ölkələr emissiyaları barədə hesabat verirlər, eləcə də inkişaf etməkdə olan ölkələrə iqlim yardımı üçün yüzmilyardlarla dollar ayrılmasına yardım edirlər.

“COP29-da iqlim maliyyələşdirməsi üzrə yeni hədəfin təyin ediləcəyi, beynəlxalq karbon krediti bazarlarının fəaliyyətə başlayacağı, eləcə də iqlim fəlakətlərindən zərər çəkən ölkələrə yardımın artırılacağı gözlənilir. Bundan əlavə, gündəliyə əlavə təşəbbüs və layihələrin müzakirəsi də daxildir”, - müəllif yazır.

Eyni zamanda, COP29-a sədrlik edən Azərbaycanın rolu bu il danışıqları hazırlamaq və aparmaq, həmçinin sammitin prioritetlərini müəyyən etməkdir. Ev sahibi kimi ölkə il ərzində daha iddialı iqlim tədbirlərinə dair çağırışlar edərək fəal olub.

Əsas sessiyalarla yanaşı, COP29 çərçivəsində milli nümayəndə heyətləri, qeyri-hökumət təşkilatları və özəl şirkətlər tərəfindən təşkil edilən panel müzakirələri və “Yaşıl zona” sərgiləri də daxil olmaqla, yüzlərlə qeyri-rəsmi sessiyalar keçiriləcək. Müzakirələr okeanın turşulaşdırılmasından tutmuş karbon kompensasiyası layihələrinə qədər mövzuları əhatə edəcək. Fəallar, elm adamları və biznes nümayəndələri öz təşəbbüslərinə diqqət çəkə və yeni layihələr üçün maliyyə axtara biləcəklər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Faciəvi şəkildə ölən Süleymanın FOTOSU
Yeni təyinat olub - FOTO
Sürücülər cərimələnməmək üçün görün hansı təhlükəli üsula əl atırlar -VİDEO

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Sahibkarın 70 min manatını mənimsəyib"TikTok"da    hədiyyələrə    xərclədi