Qaynar xətt:

(+99450) 247 90 86

21 ölü, 30 yaralı: Pakistandakı partlayışda terror izi...

DÜNYA

176

09.11.2024, 14:41

Bu səhər Pakistanın Bəlucistan əyalətinin Kvetta şəhərində dəmir yolu vağzalında partlayış olub. Nəticədə azı 21 nəfər ölüb, 30 nəfər yaralanıb.

OXU24.COM  xəbər verir ki, bu barədə “Geo” telekanalı məlumat yayıb.

"Bu, bir sui-qəsdçi tərəfindən törədilən partlayışa bənzəyir, lakin bu barədə əmin olmaq üçün hələ tezdir", - baş polis müfəttişi Məhəmməd Bəluç bildirib.

Partlayış stansiyada Jaffar Express qatarının Kvettadan Pişəvərə yola düşəcəyi vaxt baş verib. Bir neçə qurbanın vəziyyəti ağır olduğundan, partlayış nəticəsində ölənlərin sayı arta bilər.

Hadisə yerinə polis və təhlükəsizlik qüvvələri gəlib. Xəstəxanalarda fövqəladə vəziyyət rejimi tətbiq edilib.