Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
12241
az

Evlənmək istədiyi kişiyə 159 min mesaj göndərdi: “Sənin böyrəyindən suşi hazırlayacam”

21:5921 Aprel, 2019
803
CƏMİYYƏT
  • A
Ceklayn Ades adlı 32 yaşlı amerikalı qadın 2017-ci ildə yalnız varlı kişilərin istifadə edə bildiyi bir tanışlıq proqramından istifadə etməyə başlayıb.
Oxu24.com xəbər verir ki, burada varlı və evli bir kişi ilə tanış olan qadın daha sonra onun kabusuna çevrilib.

Ades həmin kişiyə 10 ayda 159 min ədəd mesaj yazıb. Bu mesajların içində “sənin böyrəyindən suşi hazırlayacam” kimi təhdidlər də olub. Bununla kifayətlənməyən qadın həmin kişinin evinə zorla daxil olub. Həmin vaxtda ölkə xaricində olan kişi Adesin evinə zorla girdiyi haqqında polisə müraciət edib. Polis qadını evin hamamından tapıb. Hadisə ilə bağlı məhkəmə işi açılıb, amma qadın məhkəməyə getməyib.

İndi isə Ades 10 aydır ki, əl çəkmədiyi həmin kişini məhkəməyə verməyə hazırlaşır. 32 yaşlı qadın ümid edir ki, məhkəmə varlı kişini onunla evlənmək məcburiyyətində qoyacaq.

Tibbi ekspertizada qadının psixoloji xəstəliyinin olduğu aşkarlanıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
Xərçəng xəstəliyinin müalicəsində inqilabi İRƏLİLƏMƏ - Fərdi vaksin hazırlandı
Bakıda COP29-un keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəmkirdə müğənni qəzaya düşdü, oğlu öldü