Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
122396
az

İndoneziyada vulkan təhlükəsi var

18:3308 Noyabr, 2024
73
DÜNYA
  • A

İndoneziyanın Şərqi Nusa Tengqara əyalətində vulkan püskürməsi səbəbindən bağlanan hava limanlarına yaxın vaxtlarda yenidən açılmamaq tövsiyə edilib.

Oxu24.com  bu barədə İndoneziya Geologiya Agentliyinin rəhbəri Məhəmməd Vafidə istinadən yazır.

Onun sözlərinə görə, noyabrın 8-də Flores adasında Levotobi vulkanının azı dörd dəfə püskürməsi qeydə alınıb.

“Qalın kül sütunlarının şimal və şimal-qərb istiqamətlərində hərəkət etdiyi görüldü”, agentliyin mənbəsi vurğulayıb.

Bunun fonunda yerli hava limanlarına hələlik təyyarələrin qəbulu və göndərilməsini bərpa etməməyə çağırılıb. Vulkan püskürməsi nəticəsində yaranan isti buludlar təyyarə mühərriklərinə zərər verə bilər. O zaman təyyarənin sərnişinləri və ekipaj üzvləri təhlükə altında olacaq, - Vəfidə bildirib.

Noyabrın 4-nə keçən gecə Levotobi "oyandı", vulkan püskürməsi 2000 metr yüksəkliyə kül atması ilə müşayiət olundu. Bu səbəbdən dağın yaxınlığında yerləşən kəndlərdə evlərə ziyan dəyib. Onlarla insan yaralanıb, hakimiyyət 10 mindən çox yerli sakini təxliyə etməli olub.

Bundan əlavə, ölkə rəhbərliyi Flores adasındakı 4 hava limanını bağlamaq qərarına gəlib. AirNav İndoneziya aviasiya naviqasiya xidmətinin təşkili üzrə dövlət agentliyi  bildirib  ki, hava limanları təyyarələr üçün vulkanik kül təhlükəsi səbəbindən fəaliyyətini dayandırıb.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Türkiyə ordusu İraq və Suriyada 15 terrorçunu məhv etdi
Fransa ABŞ-ı HƏDƏLƏDİ -Qoşun göndərəcəyik

İslam Qəriblinin biznesmen oğlunun meyiti TAPILDI -Üzərində külli miqdarda PUL OLUB

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Virus infeksiyaları zamanı nədən ishal baş verir və ilkin olaraq nə etmək olar?

İslam Qəriblinin biznesmen oğlunun meyiti TAPILDI -Üzərində külli miqdarda PUL OLUB