Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
122380
az

Bu şəxsi 3000 ilə yaxın həbs gözləyir - Görün nə edib

14:1508 Noyabr, 2024
169
REDAKTORUN SEÇİMİ
  • A

 Qvatemala Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi Benedikto Lukas Qarsiyanı soyqırım və insanlığa qarşı cinayətlərə görə 3000 ilə yaxın müddətə həbs etmək istəyirlər.

Oxu24.com xəbər verir  ki, bu barədə “Le Figaro” qəzeti məlumat yayıb.

Jurnalistlərin məlumatına görə, 92 yaşlı kişi 1978-1982-ci illərdə yerli əhalinin təmizlənməsində iştirakda ittiham olunur. Həmin hadisə zamanı  1200-dən çox insan ölüb.

Materialda prokurora istinadən vurğulanır ki, işdə iştirak edən şəxs Mayya İxil etnik qrupunu məhv etmək istəyib. Vətəndaş müharibəsi zamanı Qvatemala silahlı qüvvələri bu qrupun üzvlərini “daxili düşmən” hesab edirdi.

 Qarsiya hazırda 58 illik həbs cəzasını çəkir. 2018-ci ildə ölkə ordusunun keçmiş Baş Qərargah rəisi gənc oğlanı oğurlamaqda və onun bacısına işgəncə verməkdə təqsirli bilinib.

 Qvatemala prokurorları Qarsianın 2860 il müddətinə həbs olunmasını tələb ediblər.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Güclü yanğın: Yaralı var
Taleh Kərimov qəfil vəfat edib
Gürcüstan niyə matəm elan etdi?

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Sumqayıtda kişi avtomobildə yanaraq ölüb