Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
122350
az

Prezident bu qanunda dəyişiklik etdi

12:1808 Noyabr, 2024
38
SİYASƏT
  • A

Prezident İlham Əliyev Miqrasiya Məcəlləsində və “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.

Oxu24.com  xəbər verir ki, dəyişikliyə əsasən, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin verilməsinə görə dövlət rüsumu ödənildikdən sonra işəgötürənin bu icazəni elektron üsulla əldə etməsi imkanı təmin olunur.

Həmçinin, iş icazəsinin müddətinin uzadılmasına görə dövlət rüsumu ödənildikdən sonra işəgötürənin müddəti uzadılmış iş icazəsini elektron üsulla əldə etmək imkanı təmin olunur.

Bu Qanunun qüvvəyə mindiyi günədək verilmiş (müddəti uzadılmış) iş icazələri onlarda göstərilmiş müddət bitənədək öz hüquqi qüvvəsini saxlayır. Bu iş icazələri itirildikdə, məhv olduqda, yararsız hala düşdükdə, habelə əcnəbinin və vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənədlərindəki məlumatlar və ya işlədiyi hüquqi şəxsin adı dəyişdikdə elektron qaydada tərtib olunur, işəgötürənin onu elektron üsulla əldə etməsi imkanı təmin olunur və bu zaman dövlət rüsumunun ödənilməsi tələb olunmur.

Bu Qanun 2024-cü il noyabrın 1-dən qüvvəyə minir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ankara ilə Dəməşq arasında İLK ANLAŞMA: "Türkiyə mütləq mövqe tutacaq"
Prezident təsdiqlədi:Yanvarın 1-dən...
Gürcüstanın Baş naziri Prezident İlham Əliyevə zəng edib

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu