Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
122336
az

Şuşa necə alınıb?— Döyüşçü danışır

11:3008 Noyabr, 2024
47
REDAKTORUN SEÇİMİ
  • A

44 günlük Vətən müharibəsinin Şuşa əməliyyatları zamanı dərələrdən keçərək işğalçıların üzərinə gözlənilməz istiqamətlərdən hücum edirdik.

 

Oxu24.com xəbər verir ki,bu sözləri “Report”-a   Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin Vətən müharibəsində iştirak etmiş zabiti şəhərin işğaldan azad olunmasının dördüncü ildönümü ilə əlaqədar təşkil edilən mediatur zamanı deyib.

O bildirib ki, 2020-ci il noyabr ayının 2-də Şuşa istiqamətində hərəkət etmək üçün tapşırıq alıblar:

“Pilotsuz uçuş aparatlarından istifadə edərək qarşıdakı hədəfləri müəyyən edirdik. Dərələrdən keçərək düşmənin gözləmədiyi istiqamətlərdə hücuma keçirdik. Laçın yolunu keçərək dumanlı havada hərəkət edirdik. Onlar bizi daimi istifadə etdikləri yolda gözləyirdilər, ona görə də əsas qüvvələrini ora toplamışdılar. Onların gözləmədiyi istiqamətdə və vaxtda hücum edən zaman təşvişə düşdülər. Şuşa və ətrafına böyük qüvvə cəmləşdirsələr də, döyüşmək iqtidarında deyildilər. Şuşa qalası istiqamətində işğalçıların şəhərdə qalmış qüvvələrini məhv etməyə başladıq. Laçın və Xankəndi istiqamətindən əks-həmlələr etməyə çalışdılar, lakin biz bunu dəf etdik. Ali Baş Komandanın iradəsi və xalqımızın dəstəyi ilə Qarabağın tacı olan Şuşa şəhərini işğaldan azad etdik”.

 

Hərbi qulluqçunun sözlərinə görə, Azərbaycan Ordusu Şuşaya girdikdən sonra işğalçılar Xankəndi şəhəri tərəfdən artilleriya və digər ağır silahlardan atəş açmağa başlayıblar. O bildirib ki, düşmən adətən ağır texnikalardan istifadə etməkdən çəkinirdi, çünki bu texnikaları Azərbaycan Ordusu PUA-lar vasitəsilə asanlıqla məhv edirdi.

“Dalana dirənən işğalçılar məcbur qalıb Şuşada ağır zirehli texnikalardan istifadə edirdilər. Şəhidlərimiz və yaralılarımız var idi. Lakin döyüş ruhumuz yüksək səviyyədə idi. Biz irəlilədikcə düşmən zirehli texnikasını qoyub qaçırdı. Şuşa əməliyyatına qədər artıq düşmənin mübarizə əzmi qırılmışdı. Bu, hücum edəndə onların özlərini itirərək döyüş meydanından qaçdıqları zaman da aydın hiss olunurdu. Bölmələrimiz Şuşada düşmənin bütün müqavimətini qırırdı. Müharibədə iştirak etdiyim üçün Azərbaycan Bayrağı Ordeni, Şücaətə görə və digər medallarla təltif olunmuşam”, - deyə Azərbaycan Ordusunun xüsusi təyinatlı zabiti bildirib.

Qeyd edək ki, 2020-ci il noyabrın 8-də Azərbaycan Ordusu Şuşa şəhərini Ermənistan silahlı qüvvələrinin işğalından azad edib. Bu qələbəni Azərbaycan xalqına Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev çatdırıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rubl kəskin ucuzlaşdı
Baş nazir yeni qərar İMZALADI
Ana və qızı həbs edildi - İntim söhbət...

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Sahibkarın 70 min manatını mənimsəyib"TikTok"da    hədiyyələrə    xərclədi