Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
122331
az

Bakıda Zəfər Günü münasibətilə hərbçilərin yürüşləri başladı

10:2508 Noyabr, 2024
55
SİYASƏT
  • A

Paytaxtın müxtəlif küçə və prospektlərində hərbi orkestrlərin müşayiəti ilə noyabrın 8-də hərbçilərin yürüşləri başlayıb.

Oxu24.com  xəbər verir ki, 8 Noyabr - Zəfər Günü münasibətilə keçirilən yürüşlərdən əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra isə hərbçilərin dörd marşrut üzrə yürüşlərinə start verilib.

Hərbçilərin marşrutlar üzrə Bakıdakı yürüşləri saat 12:00-dək davam edəcək.

Yürüşlər Heydər Əliyev sarayı, Nizami Kino Mərkəzi, Neftçilər Prospekti, Azadlıq meydanı, “AMAY” Ticarət Mərkəzi, Şəhidlər Xiyabanı, “Alov Qüllələri” kompleksi, “İçərişəhər” metrosu, Qala Qapısı, Kukla teatrı, “Azneft” dairəsi, Bəhram Gür heykəli, Q.Musabəyov parkı, Əbdürrəhim bəy Haqverdiyev küçəsi, Hüseyn Cavid prospekti, Parlament prospekti, Şəhidlər Xiyabanı, “Olimpik Star” İdman və Əyləncə Mərkəzi, Səməd Vurğun küçəsi, Zabitlər parkı, Bakı Dövlət Sirki, Heydər Əliyev sarayı, Nəsimi heykəli, Neftçilər prospekti, Nərimanov heykəli, Mərkəzi Park, Milli Dram Teatrı, Qış Parkı, Heydər Əliyev sarayı, Mərkəzi Bank, “28 Mall” Ticarət Mərkəzi istiqamətləri üzrə təşkil olunur.

Qeyd edək ki, həmçinin Gəncədə də müəyyənləşdirilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçiriləcək.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycan Ukraynaya 1 milyon dollar     yardım       ayırdı
Daha 3 itkin şəhidimiz dəfn olunacaq- Foto
Prezident “Vətən” İdman Liseyində- Fotolar

Titikaka gölü haqda maraqlı FAKTLAR

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Onların da sertifikatı ləğv olundu- Foto
Əziz Əliyev küçəsində qaydaları belə pozdular- Foto