Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
122305
az

8 milyona satılan restoran hansı keçmiş məmurundur?— FOTO

20:4507 Noyabr, 2024
193
REDAKTORUN SEÇİMİ
  • A

Cəlilabadın keçmiş icra başçısı, hazırda həbsdə olan Namiq Zeynalova məxsus olduğu deyilən restoran bu günlərdə satılıb. 

Oxu24.com xəbər verir  ki, Tribunainfo.az-ın əldə etdiyi məlumata görə, Novxanıda yerləşən restoranın satın alınmasına 8 milyon manat xərclənib.


Həmin məlumata görə, söhbət Novxanı qəsəbəsində, dəniz kənarında yerləşən və böyük əraziyə malik “La Chateau” restoranından gedir. “Sevgi dolu anları özündə əks etdirən məkan” devizi ilə fəaliyyət göstərən restoranın keçmiş icra başçısı Namiq Zeynalova məxsus olduğu deyilir. Lakin restoranın hansı səbəbdən və indi niyə satıldığı barədə konkret bilgi yoxdur.


Qeyd edək ki, həmin restoranın hansı dövlət qurumunun rəıhbərinin aldığını və “La Chateau”nu ailə üzvlərindən birinin adına rəsmiləşdirdiyi barədə məlumatımız olsa da, dəqiqləşdirmə aparmadan adını açıqlamaq istəmirik.


Mövzuya qayıdacağıq.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakı həbsxanasında ölənlər kimlərdir?— ADLAR
İmişlidə saxlanılan 14 nəfər barədə XƏBƏR VAR
İranda təhlükəli vəziyyət: Anbarlar yanır