Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
122300
az

Prezidentin general-mayor rütbəsi verdiyi rektor kimdir?— DETALLAR

19:5607 Noyabr, 2024
235
CƏMİYYƏT
  • A

Prezident İlham Əliyev bir qrup hərbçiyə general rütbəsinin verilməsi barədə sərəncam imzalayıb.

 

Oxu24.com-un  məlumatına görə, "general-mayor"  ali hərbi rütbəsi verilən şəxslərdən biri Azərbaycan Milli Müdafiə Universitetinin rektoru Gündüz Əbdülovdur.

 

O, 1976-cı ildə Şuşa şəhərində anadan olub. O, 2000-ci ildə Türkiyə Milli Müdafiə Universitetində "sistem mühəndisliyi" ixtisası üzrə bakalavr, 2007-ci ildə yuxarı təhsil pilləsi üzrə ABŞ Quru Qoşunları Baş Komanda və Qərargah Akademiyasında operativ və strateji səviyyədə idarəetmə təhsili alıb, 2016-cı ildə Azərbaycan Milli Müdafiə Üniveristetinin Strateji Araşdırmalar və Dövlət Müdafiəsini İdarəetmə Akademik Kursunu bitirib.

 

2000-ci ildən etibarən Azərbaycan Ordusunda leytenant hərbi rütbəsində hərbi xidmətə başlayıb, döyüş bölgəsində yerləşən hərbi hissələrdə və Müdafiə Nazirliyinin Mərkəzi Aparatında müxtəlif komanda-qərargah vəzifələrində polkovnik hərbi rütbəsinədək yüksəlibvə 2019-cu ilin sonunda öz arzusu ilə ordu sıralarından ehtiyata buraxılıb.

 

Xidmət müddəti ərzində NATO-nun Beynəlxalq Hərbi Qərargahında qərargah zabiti, daha sonra isə NATO-nun Brüsseldəki Qərargah Mənzilində Hərbi Komitə yanında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndəsi — Azərbaycan Respublikasının NATO-dakı Missiyasının hərbi məsələlər üzrə müşavirinin müavini vəzifələrində hərbi diplomat missiyasını yerinə yetirib.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Əməkdaşlıq İdarəsində şöbə rəisi və idarə rəisinin müavini vəzifələrində xidmət etdiyi dövr ərzində xüsusi ilə Avro-Atlantik məkanda yerləşən xarici dövlətlər və beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində NATO-nun Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı və ABŞ-ın Beynəlxalq Hərbi Təhsil və Treninq Proqramı da daxil olmaqla bir sıra hərbi təhsil və təlim proqramlarının Azərbaycan Ordusunda tətbiqinə rəhbərlik edib.

 

Azərbaycan Ordusunun NATO və BMT ilə əməkdaşlığı çərçivəsində missiyaya açılan kontingentinin fəaliyyətinin təşkilinə, habelə Beynəlxalq Qızıl Xaç Komitəsi və Müdafiə Nazirliyi arasındakı ikitərəfli planın icrasına rəhbərlik edib.

 

2020-ci ildə TƏBİB-in Aparat rəhbəri vəzifəsində təyin olunub. Bu vəzifədə çalışdığı müddət ərzində TƏBİB-in nəzdində yaradılmış COVID-19 pandemiyasına qarşı mübarizə üzrə Koordinasiya Qrupunun fəaliyyətinə və Vətən Müharibəsi dövründə döyüş əməliyyatlarının aparıldığı ərazilərdə TƏBİB tərəfindən həyata keçirilən tibbi xidmətin və təxliyyənin təşkilinə rəhbərlik edib.

 

2022-ci il aprelin 29-da Gündüz Əbdülov, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayon təhsil şöbələrinin əsasında yaradılmış Qarabağ Regional Təhsil İdarəsinə Təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə müdir vəzifəsinə təyin edilib.

 

2023-cü ilin oktyabrında Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri Elm və Təhsil Nazirliyinin Daxili Nəzarət Şöbəsinin müdiri təyin olunub.

 

2024-cü il yanvarın 12-də Azərbaycan Milli Müdafiə Universitetinin rektoru təyin olunub. (Modern.az)

 

Həmçinin oxu:  

Qaraciyərdə xəstəlik olduğunu ayağın altından bilmək olurmuş— Həkimdən vacib açıqlama

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yanvarın 16-da səmada qeyri-adi hadisə olacaq
Baş nazir qərar İMZALADI
Yeni informasiya sistemi yaradıldı - REİS

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Sumqayıt və Abşeronda 26 min manatlıq      oğurluq     edilib