Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
122291
az

Rusiyada on minlərlə insanişıqsız və susuz qalıb

20:1007 Noyabr, 2024
47
  • A

Rusiyanın  Perm vilayətinin  Berezniki şəhərində on minlərlə insan işıqsız və susuz qalıb.

 

Oxu24.com xəbər verir  ki, bu barədə “Diqqət, Xəbər” Telegram kanalı məlumat yayıb.

 

Kanalın məlumatına görə, şəhərdə su yoxdur, 50 minə yaxın insanın yaşadığı bəzi ərazilərdə isə işıq yoxdur.

Ağacların aşması nəticəsində yerli suqəbuledicidə qəza baş verib.

Stansiyadakı problemlər həllini tapmayıb. Şəhər uşaq bağçaları və məktəbləri bağlanıb. Yerli sakinlərin sözlərinə görə, onlar yuyunmaq üçün qarı əritməyə məcburdurlar.

Şəhər rəhbərliyi əlavə edib ki, hazırda təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində işlər aparılır.

Oktyabrın 27-də Stavropol diyarının Essentuki şəhərində elektrik yarımstansiyasında baş vermiş qəza nəticəsində elektrik enerjisində fasilə yaranıb. 30 mindən çox yerli sakin işıqsız qalıb.

Oktyabrın 23-də Primorsk diyarında 6 yaşayış məntəqəsi ilə əlaqə kəsilib. Səbəb bölgədə leysan yağışlar və küləyin güclənməsi nəticəsində yaranan şəbəkənin nasazlığı olub.

Əvvəllər Rusiyanın ən yüksək dağlıq şəhərinin sakinləri su və istiliksiz qalıblar.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Komediya ustası vəfat edib

220 kiloluq repçi sürücünü məhkəməyə verdi
Akvariumda dəhşət: Nəhəng balıq "su pərisi"ni dişlədi - VİDEO

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Süd içəndə niyə yatırıq? - Sirri bu imiş
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi