Qaynar xətt:

(+99450) 247 90 86

Ruslar Kupyanska yaxınlaşır

DÜNYA

56

07.11.2024, 19:37

Rusiya hərbçiləri Xarkov vilayətində Ukrayna ordusunun əsas mövqelərini tutaraq Kupyanska yaxınlaşır.

 

Oxu24.com xəbər verir  ki,bunu qondarma “Rusiya regionun administrasiyasının rəhbəri” Vitali Qançev deyib.

 

“Əvvəlcə dediyim kimi, logistika marşrutlarına nəzarət döyüşçülərimizə döyüş meydanında təşəbbüsü qoruyub saxlamağa imkan verir. Bizim oğlanları Kupyansk ətrafından bir neçə kilometr ayırır”, – Qançev Rusiya mətbuatına bildirib.

Onun sözlərinə görə, “strateji mövqe Rusiya qoşunlarına Ukrayna qüvvələrinə effektiv müqavimət göstərməyə imkan verir”.

 

Nigar