Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
122268
az

UEFA “Zirə”nin legionerini cəzalandırdı

16:0907 Noyabr, 2024
50
İDMAN
  • A

UEFA “Zirə”nin futbolçusu Salifu Sumaya 3 oyun cəza verib.

Oxu24.com xəbər verir ki, buna qvineya  hücumçunun Avropa Liqasının I təsnifat mərhələsində Bakıda Moldovanın “Şerif” klubuna 1:2 hesabı ilə uduzduqları cavab matçındakı davranışı səbəb olub.

Görüşün 40-cı dəqiqəsində rəqib futbolçunun sifətinə əllə zərbə endirən 21 yaşlı forvard birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Nəticədə UEFA Sumanı diskvalifikasiya edib.

Qeyd edək ki, “Zirə” Moldovadakı ilk matçda minimal hesablı qələbə qazanıb. Bakıdakı görüşdə ümumi hesab (2:2) bərabər olduğu üçün qalib penaltilər seriyasında müəyyənləşib. On bir metrlik cərimə zərbələrini daha dəqiq (5:4) yerinə yetirən “Şerif” II raunda vəsiqə qazanıb. Azərbaycan təmsilçisi isə mübarizəni UEFA Konfrans Liqasında davam etdirib. Lakin pley-off oyunlarında Kiprin “Omoniya” klubuna uduzan “qartallar” qrup mərhələsinin bir addımlığında avrokuboklarla vidalaşıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

AFFA 15 yaşlı futbolçunu    ağır     cəzalandırdı
"Turan Tovuz" klubu 3500     manat    cərimələndi
Millimiz DÇ hazırlığı üçün iki      ölkəyə   yollanacaq

Titikaka gölü haqda maraqlı FAKTLAR

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Onların da sertifikatı ləğv olundu- Foto
Əziz Əliyev küçəsində qaydaları belə pozdular- Foto