Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
122241
az

Bu univermağın fəaliyyəti dayandırıldı- Video

13:5107 Noyabr, 2024
27
CƏMİYYƏT
  • A

İsmayıllı şəhərində yerləşən üçmərtəbəli univermağın fəaliyyəti dayandırılıb. 

Oxu24.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN)məlumat yayıb. 

Bildirilib ki, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən  İsmayıllı şəhərində yerləşən üçmərtəbəli univermaqda yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. 

Belə ki:

- obyektdə yanğınxəbərverici siqnalizasiya qurğusu natamam quraşdırılıb və işlək vəziyyətdə deyil;

- təxliyə çıxışları və pilləkən qəfəsi əşyalarla tutulub;

- təxliyə çıxışlarını göstərən elektron lövhələr mövcud deyil və təxliyə planı yoxdur;

- obyektin daxili elektrik təsərrüfatında elektrik naqilləri yanar materialların üzəri ilə çəkilib və nasaz elektrik qurğularından, örtüyü zədələnmiş elektrik naqillərindən istifadə edilib;

- daxili elektrik təsərrüfatına mütəxəssis tərəfindən profilaktik baxış keçirilərək naqillərin gərginliyə dayanıqlığı yoxlanılmayıb;

- obyekt normalara uyğun ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilməyib;

- mövcud daxili yanğın su kranları işlək vəziyyətdə deyil;

- obyektin birinci mərtəbəsi layihədənkənar taxta arakəsmələrlə otaqlara bölünərək istismar olunur;

- obyektin ticarət sıralarında ara məsafəsi normativlərə uyğun deyil.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş İsmayıllı şəhərində yerləşən üçmərtəbəli univermağın fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Ronaldinyonun gəlişi 10 min turistin Azərbaycana gəlişi deməkdir"
“Nazirlər Bəyannaməsi” imzalandı- Fotolar
COP29 çərçivəsində Orta Dəhlizin rəqəmsallaşdırılması  müzakirə  olunacaq

Hazır qəhvə qocalmanı  sürətləndirir

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
Kirpi ona hücum edən bəbiri deşik-deşik etdi— VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ginekoloqların uşağı olmayan qadınlara tövsiyəsi: 1 toxumla 11 qayda çarədir
Ağadadaş Ağayev məhkəməyə gəldi- Fotolar