Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
122234
az

Hakim vəzifəsinə namizədlərin seçilməsi qaydası dəyişir

13:0707 Noyabr, 2024
25
CƏMİYYƏT
  • A

Azərbaycanda hakim vəzifəsinə namizədlərin seçilməsi ilə bağlı yeni qayda müəyyən edilir.

Oxu24.com xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Qanun layihəsi hakim vəzifəsinə namizədlərin seçilməsi və hakimlərin fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı müddəaların təkmilləşdirilməsini nəzərdə tutur.

Layihədə vakant hakim vəzifələrinin qısa müddətdə komplektləşdirilməsi məqsədilə hakimlərin seçilməsi prosesinin daha da sürətləndirilməsi təklif olunur. Belə ki, hakimlərin seçilməsi test imtahanı, yazılı imtahan və müsahibə olmaqla, üç mərhələdən ibarət olacaq. Eyni zamanda, ilk dəfə hakim vəzifəsinə təyin olunan şəxslər hakim təyin olunduqdan dərhal sonra təlimə cəlb ediləcəklər.

Həmçinin hakimlərin fəaliyyətinin qiymətləndirilməsi üçün Məhkəmə-Hüquq Şurasının ixtisaslaşmış orqanının Hakimlərin Qiymətləndirilməsi Komitəsinin yaradılması nəzərdə tutulur.

Bununla əlaqədar "Məhkəmə- Hüquq Şurası haqqında" Qanuna Hakimlərin Qiymətləndirilməsi Komitəsinin fəaliyyətini tənzimləyən yeni maddə əlavə edilir. 9 hakimdən ibarət olacaq Hakimlərin Qiymətləndirilməsi Komitəsi qiymətləndirmənin nəticəsinə dair yekun rəy tərtib etməklə, Məhkəmə-Hüquq Şurasına təqdim edəcəkdir. Hakimlərin fəaliyyətinin qiymətləndirilməsinin yekununda müəyyən olunan nəticələrin qanunda təsbit olunması təklif olunur. Bundan başqa, qiymətləndirmənin yekununda müəyyən olunan hər bir nəticəyə uyğun olaraq Məhkəmə-Hüquq Şurası tərəfindən qəbul edilən qərarlar qanunda dəqiq təsbit olunur.

Yuxarıda qeyd olunanlarla yanaşı, layihədə Hakimlərin Seçki Komitəsi və hakimlərin qiymətləndirilməsi ilə bağlı bir sıra digər normalar dəqiqləşdirilir.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

COP29-un yüksək təşkilinə görə Azərbaycana təşəkkür edildi -QƏTNAMƏ
COP29-un yüksək səviyyədə təşkilinə görə Azərbaycana rəsmi təşəkkür barədə qətnamə layihəsi qəbul olunub
Pensiya alanların NƏZƏRİNƏ: ödəniş yekunlaşdı

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Sahibkarın 70 min manatını mənimsəyib"TikTok"da    hədiyyələrə    xərclədi