Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
122167
az

Nəcməddin Sadıkovun adı çəkildi, özündən çıxdı- “O pulu kim yeyibsə...”

18:4806 Noyabr, 2024
114
REDAKTORUN SEÇİMİ
  • A

42 milyonluq mənimsəmədə ittiham olunan Müdafiə Nazirliyinin keçmiş zabiti Zahid Niftəliyevin məhkəmə araşdırması davam edir.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda təqsirləndirilən şəxs vəkilinin suallarını cavablandırıb.

Vəkili “Şlyapa Zahid” kimi tanınan Niftəliyevdən birinci “AtaBank”dan 42 milyon manat kreditin kimin təşəbbüsü ilə götürüldüyünü maraqlanıb, müvəkkilinə  “sizin götürdüyünüz  kreditin sabiq baş qərargah rəisi Nəcməddin Sadıkov və digərləri tərəfindən mənimsənildiyi deyilir. Bu  barədə nə deyə bilərsiniz?”-, deyə sual ünvanlayıb.

Bu məsələ “Şlyapa Zahid”i özündən çıxarıb. O, məhkəmədə işlədilməməli olan sözlər deyib: 

“Ümumiyyətlə kredit söhbəti olmayıb. Sadəcə firma yaradılmalı idi. Hansısa vicdansız imzamdan istifadə edib o, pulu yeyibsə…(hakim onun sözünü kəsərək, xəbərdarlıq edir-red).”

İstintaq materiallarında yazır ki, təqsirləndirilən şəxs kredit işləri ilə bağlı  7 dəfə bankda olub. Müdafiəçi müvəkkilindən bu məsələyə də aydınlıq gətirməsini istəyib. 

“Yeddi dəfə nədir? Mən cəmi 1 dəfə bankda olmuşam. Mənə kim idi kredit verən? Keçən dəfə də dedim bu işə niyə razı olmuşam. Bu Fazil Məmmədovun (mərhum vergilər naziri-red)  işi olub. Mən kim idim ki, o boyda kredit versinlər. Fazilin müşaviri Mahir Rəfiyev ilə də cəmi bir-iki dəfə görüşmüşəm.”

Bu iş üzrə növbəti iclas noyabrın 27-də keçiriləcək.

Qeyd edək ki, Z.Niftəliyev ötən il başqa cinayət işi üzrə külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay azadlıqdan məhrum edilib. Yeni cinayət işinə görə o, cəzaçəkmə müəssisəsindən istintaq təcridxanasına köçürülüb.

Xüsusi qeyd: Xüsusilə külli miqdarda mənimsəmə cinayətində iştirakı araşdırılan digər şəxslərlə bağlı DTX-də cinayət işi ayrılıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rubl görün neçəyə oldu
DİN vətəndaşlara müraciət edib - TƏCİLİ
Hava ilə bağlı XƏBƏRDARLIQ

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Təcili tibbi yardıma 800 minə yaxın    müraciət    olub
“Yararlı hərbi qulluqçular yararsız kimi qeyd olunur”