Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
122166
az

Putin Trampla gizli nə danışıb?— SENSASSİON DETALLAR

18:1806 Noyabr, 2024
170
DÜNYA
  • A

Rusiya prezidenti Vladimir Putin, Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev və Rusiya elitasının digər nümayəndələri “tanışlar vasitəsilə” Donald Trampı ABŞ prezident seçkilərindəki qələbəsi münasibətilə təbrik ediblər. Bu danışığın gizli baş verdiyi bildirilir.

Oxu24.com xəbər verir  ki,  Kreml və parlamentə yaxın mənbələr bu barədə  “Vestka”ya bildiriblər.


Trampa təbriklərini Putin və Medvedyevdən başqa, Sberbank-ın İdarə Heyətinin sədri German Qref, Federasiya Şurasının sədri Valentina Matvienko və Dövlət Dumasının sədri Vyaçeslav Volodin göndərib. Nəşrin həmsöhbətinin sözlərinə görə, Rusiya hakimiyyəti Trampın sayəsində Moskvanın Ukrayna ilə müharibədə mövqeyinin yaxşılaşacağına ümid edir.

“Ümidlər, ilk növbədə, “xüsusi əməliyyat” zamanı Ukraynaya yardımın azaldılması ilə bağlıdır. Və Tramp, əlbəttə ki, bizim üçün Harrisdən qat-qat müzakirə oluna biləndir və daha yaxşıdır”, - nəşrin parlamentdəki mənbəsi bildirib.

Eyni zamanda, Trampın Rusiya və Ukrayna arasında müharibəni 24 saat ərzində bitirmək fikri Kremldə ciddi qəbul edilmir.

“Bəs o bunu hansı üsullarla edəcək? Putini hədələyəcək?  Müharibəni tez bitirməyin yalnız bir yolu var – Ukraynaya yardımı qəfil dayandırmaq”, – deyə prezident administrasiyasına yaxın mənbə bildirib.

78 yaşlı Tramp ABŞ-ın 47-ci prezidenti olmaq üçün lazım olan 270 səslə 277 səs toplayıb. Onun demokrat rəqibi Kamala Harrisin 224 səsi var. Bloomberg-ə görə, Trampı 71,7 milyon amerikalı dəstəkləyib, Harris isə səsvermə bitdikdən sonra çıxışında “dünyada müharibələri dayandıracağına” söz verib.

Prezidentlik kampaniyası zamanı Tramp dəfələrlə bəyan edib ki, qalib gəlsə, 2025-ci il yanvarın 20-də rəsmi olaraq vəzifəyə başlamazdan əvvəl də Ukraynadakı münaqişəyə son qoya bilər və ümumiyyətlə, bunu “24 saat ərzində” edə bilər, lakin buna tam olaraq necə nail olacağını açıqlamayıb. Eyni zamanda o, neftin qiymətini aşağı salmaq təhdidləri ilə Putini danışıqlar masasına oturmağa məcbur edəcəyini qeyd edib.

Trampın planı Rusiya və Ukrayna qoşunlarının hazırkı təmas xəttində demilitarizasiya zonasının yaradılmasını, həmçinin Kiyevin NATO-ya üzv olmaqdan imtinasını nəzərdə tutur, - Respublikaçılar Partiyasından ABŞ-ın vitse-prezidentliyinə namizəd J.D.Vens deyib. O qeyd edib ki, bu yolla Ukrayna neytrallıq bahasına öz suverenliyini qoruyub saxlayacaq. Prezident Vladimir Zelenski bu təklifi “radikal” və “qəbuledilməz” adlandırıb və qeyd edib ki, Ukraynaya sadəcə olaraq öz ərazilərindən imtina etmək təklif olunur.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Türkiyədə zəlzələ oldu
Suriyanın şimalında 6 terrorçu məhv edildi
Putinlə görüşmək üçün Moskvaya gələn Avropa lideri kimdir?

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ