Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
122146
az

Metronun iş saatı dəyişir— DİQQƏT!

15:2406 Noyabr, 2024
105
  • A

Noyabrın 8-9-da Azərbaycanda Zəfər və Bayraq günləri ilə əlaqədar qeyri-iş günləri hesab olunduğundan Bakı metropolitenində iş rejimi dəyişdiriləcək.

Oxu24.com  xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin rəis müavini Hidayət Məmmədov bayram və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) günlərində metronun fəaliyyətinə dair brifinqdə deyib.

O bildirib ki, noyabrın 10-u bazar günü olsa da, qatarların hərəkət qrafiki bayram günlərində olduğu kimi təmin ediləcək: "Qeyd edilən 3 gün ərzində "Qırmızı xətt"in "Həzi Aslanov" - "28 May" sahəsində qatarların hərəkəti saat 07:00-dan 21:00-dək 2,5 dəqiqə təşkil edəcək. "Yaşıl xətt" və "Qırmızı xətt"lərin birləşdiyi "28 May" stansiyasından "İçərişəhər" və "Dərnəgül" istiqamətlərində qatarların hərəkət intervalı 2 dəfə çox olacaq. Bayram tədbirləri və kütləvi-mədəni proqramların təşkili ilə əlaqədar metropolitendə sərnişin axınının istiqamətlərinin tez-tez dəyişməsi mümkün olduğundan, "Bakı Metropoliteni" QSC-nin rəhbərliyi və əməkdaşlarının növbətçilik cədvəli əsasında işə cəlb edilməsi təmin olunacaq. Stansiyaların infrastrukturunun, həmçinin mühəndis-texniki qurğuların fəaliyyəti nəzarət altında saxlanılacaq. Ehtiyat qatarlar zəruri hallarda xətlərə buraxılmağa hazır saxlanılacaq".

Rəis müavini qeyd edib ki, bu 3 gün ərzində "Bakmil" stansiyasına qatarların hərəkəti şənbə günü cədvəlinə uyğun tənzimlənəcək.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

TƏCİLİ! Xəzərdən cansız meyiti tapılan şəxs kimdir?
Bu küçələr bağlanır
Hava ilə bağlı AÇIQLAMA

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Süd içəndə niyə yatırıq? - Sirri bu imiş
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi