Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
122145
az

“Həssas qruplarla iş üzrə hüquq klinikası” layihəsinin bağlanış mərasimi olub

15:1506 Noyabr, 2024
61
CƏMİYYƏT
  • A

Oktyabrın 27-də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının tərəfdaşlığı, “Avropa Hüquqşünas Tələbələr Assosiasiyası – Bakı” İctimai Birliyi (ELSA Azərbaycan) və "ProDemos - Xalq üçün"ün birgə təşkilatçılığı ilə “Həssas qruplarla iş üzrə hüquq klinikası” layihəsinin bağlanış mərasimi keçirilib.

 

Tədbirdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının Aparat rəhbərinin müavini, vəkil Səttar Məmmədov, layihənin yaradıcılarından olan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının baş katibi Nərminə Hüseynzadə,  “Avropa Hüquqşünas Tələbələr Assosiasiyası – Bakı” İctimai Birliyinin (ELSA Azərbaycan) prezidenti Nazim Çələbiyev, ELSA Azərbaycanın xəzinədarı İlham Həsənov, həmin təşkilatın peşəkar inkişaf komandasının vitse-prezidenti Mədinə Nağıyeva çıxış edərək layihənin ərsəyə gəlməsi və icrası ilə bağlı danışıblar. 

 

Həmçinin həssas əhali qrupu üzvü olan vətəndaş A.H layihə boyunca ona göstərilən hüquqi yardımla bağlı öz müsbət fikirlərini bölüşüb.

 

Qeyd edək ki, “Həssas qruplarla iş üzrə hüquq klinikası” layihəsinin əsas məqsədi hüquq tələbələri və gənc hüquqşünasların nəzəri biliklərinin praktikada tətbiqinə şərait yaratmaq, o cümlədən dairəsi qanunverciliklə müəyyən edilmiş həssas əhali qruplarına ödənişsiz hüquqi yardımın göstərilməsindən ibarət idi. İyul-oktyabr ayları ərzində davam edən sözügedən layihə öz məqsədlərinə uğurlu şəkildə çatıb.

 


 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hökumənin cənazəsi bu gecə    Bakıya       gətiriləcək
Həlak olanlar “Cümə məscidi”ndə də anıldı - Foto
Xatirələri Bakı aeroportunda anılır - Fotolar

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Yeni görüntülər yayıldı -VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Ötən gün 5,2 kq       narkotik     aşkarlanıb