Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
122132
az

Baboşa “Range Rover” hədiyyə edən iş adamının obyektində AXTARIŞ BAŞLADI

14:3106 Noyabr, 2024
1602
CƏMİYYƏT
  • A

Daxil olan müraciət əsasında Göygöl rayonu, Quşqara kəndində yerləşən, “Demonn” MMC-yə məxsus alkoqollu içkilərin istehsalı müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.

Ajans.az-ın əldə etdiyi məlumata görə, baxış zamanı “Demonn” MMC-nin sifarişi əsasında satışı həyata keçirilən viski məhsulunun qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz olaraq fəaliyyət göstərən “Quseynoff” MMC-də istehsal edildiyi məlum olub.

“Quseynoff” MMC-nin direktoru izahatında viskini özü hazırladığını və mənşəyi, keyfiyyəti, təhlükəsizliyini təsdiq edən sənədlərinin olmadığını bildirib. Məhsulun etiketində heç bir əsas olmadan guya Şotlandiyada istehsal edilən viskilərin texnologiyasına uyğun olaraq istehsal edildiyi və palıd çəlləklərdə 12 il saxlandığı qeyd edilib.

Müəssisədə sifariş əsasında satışı həyata keçirilən “Quseynoff” əmtəə nişanlı viski məhsulundan və “Demonn” MMC-yə məxsus 19.09.2024-cü il istehsal tarixli “Organic River”, 31.08.2024-cü il istehsal tarixli “Time Vodka” əmtəə nişanlı araq məhsullarından nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.

Laborator müayinələr nəticəsində “Quseynoff” əmtəə nişanlı viski məhsulunda sivuş yağlarının və mürəkkəb efirlərin kütlə qatılığı üzrə uyğunsuzluq aşkarlanıb. “Organic River” və “Time Vodka” əmtəə nişanlı araq məhsullarında isə tündlülük göstəricisi üzrə etiket məlumatlarında uyğunsuzluq müəyyən olunub.

 

 

Faktla bağlı qanunvericiliyə uyğun olaraq, “Organic River” və “Time Vodka” əmtəə nişanlı araq məhsullarının satışı dayandırılıb, “Quseynoff” əmtəə nişanlı viski məhsulunun satışı qadağan edilib və dövriyyədən çıxarılaraq müvafiq tədbirlər görülüb. İş üzrə toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi üçün aidiyyəti dövlət orqanına göndərilib.

Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, sözügedən “Quseynoff” MMC-nin qanuni təmsilçisi Hüseynov Emin Zahid oğlu bir müddət əvvəl Baboşa son model “Range Rover” hədiyyə etməsi ilə gündəmə gəlmişdi.

Bundan əlavə, yerli mediada və sosial şəbəkələrdə yayılan məlumatlara görə, Emin Hüseynov bir müddət əvvəl Babək Cabbarovun (Baboş) yaşadığı Bərdə rayonuna gedib.

“Baboş”un milyonçu dəstəkçisi kimi tanınan Emin Hüseynov “TikTok”da “Quseynoff_009” ləqəbi ilə tanınır.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bunu edənlər xəstələnməyəcək! - Əhali üçün VACİB MƏLUMAT
Rusiyadakı azərbaycanlıların DİQQƏTİNƏ: Bu tarixdən etibarən...
Rusiya Belqoroda olunan hücumlara cavab verəcək

Sağlamlığınıza belə nəzarət      edə      biləcəksiz

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
3 nəfər belə öldü - DƏHŞƏTLİ VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Paytaxtda DƏHŞƏT -Hamilə sevgilisini qarnından güllələdi, özü isə...