Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
122111
az

Pensiyalarla bağlı əhaliyə ŞAD XƏBƏR! - BU TARİXDƏN ARTIM OLACAQ

12:2206 Noyabr, 2024
139
REDAKTORUN SEÇİMİ
  • A

"Hər ilin yanvar ayında əmək pensiyaları əvvəlki ildə orta aylıq nominal əmək haqqındakı artım faizinə uyğun olaraq indeksləşdirilib, yəni artırılıb. 2025-ci ilin yanvarında bütün növ əmək pensiyalarının artırılması nəzərdə tutulub".

 

Oxu24.com xəbər verir  ki, bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı alim Vüqar Bayramov bildirib.

 

Onun sözlərinə görə, Dövlət Statistika Komitəsi tərəfindən son 9 ayda ölkə üzrə orta aylıq əmək haqqındakı artım faizi elan edilib. Komitənin məlumatına əsasən, bu müddətdə orta aylıq əmək haqqı 8 faiz artaraq 997 manat olub:

 

Həmçinin oxu:  Tez-tez sidiyə getmə - Bu təhlükədən xəbər verir

                           Sürücülərə şad xəbər: Bu problem həll olundu

                          COP29 zamanı Bakıya giriş qaydaları açıqlandı— VACİB XƏBƏR

 

"Nəzərə alsaq ki, ilin sonuna doğru artım faizinin dəyişməsi mümkündür, çünki əvvəlki aylarda da biz artım faizinin dəyişməsini müşahidə etmişik. Hələlik artım faizi 8 faizdir. Amma pensiyalar 2024-cü ildəki artım faizinə uyğun olaraq indeksləşdiriləcək. Bu ondan xəbər verir ki, əmək pensiyalardakı artım faizi ilin sonuna doğru daha da dəqiqləşəcək və konkretləşəcək. Bütün hallarda 2024-cü ilin yekunlarına uyğun olaraq 2025-ci ildə əmək haqqı artımlarına uyğun olaraq pensiyaların indeksləşdirilməsi həyata keçiriləcək

 

Növbəti aylarda əgər hər hansı bir sektorda maaşların dəyişməsi ilə bağlı qərar olarsa, orta aylıq əmək haqqı faizinə təsir göstərəcək. Amma bütün hallarda orta aylıq əmək haqqı faizi üzrə rəqəmlər ilin sonuna doğru dəqiqləşir, daha sonra isə 2025-ci ilin əvvəlində Dövlət Statistika Komitəsi tərəfindən illik rəsmi artım faizi elan olunur.

 

İndeksləşdirmə bütün növ əmək pensiyalarını əhatə edəcək. Bura yaşa görə əmək pensiyası alan vətəndaşlarımız, valideyn itirilməsinə görə əmək pensiyası alanlar və eyni zamanda, əlilliyə görə əmək pensiyası alan vətəndaşlarımızın pensiyaları aiddir. Hər üç qrup üzrə əmək pensiyalarının indeksləşdirilib artırılması həyata keçiriləcək".

 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qız qaçıran evli şəxs avtomobilin baqajında ölü tapılıb
Bakıya gətirilən yeni avtobuslarda nələr var?— VİDEO
SON DƏQİQƏ! Aktrisa prodüseri tutdurdu

Dəvələr haqda maraqlı məlumatlar

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Həmin dərmanları necə pulsuz əldə edək?- Rəsmi açıqlama
İdarəetmədən çıxan "Mercedes" maneyə, ardınca başqa    maşına       çırpıldı