Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
122076
az

Birbank Biznes-dən korporativ müştərilər üçün yeni loyallıq proqramı: Birbank Biznes bonusları

10:2706 Noyabr, 2024
71
İQTİSADİYYAT
  • A

Birbank Biznes-dən korporativ müştərilər üçün yeni loyallıq proqramı: Birbank Biznes bonusları Birbank Biznes korporativ müştərilərinin ehtiyaclarını qarşılamaq və onlara daha yaxın olmaq məqsədilə yeni loyallıq proqramını təqdim edir.

Birbank Biznes-dən istifadə edən hüquqi şəxslər və fərdi sahibkarlar üçün nəzərdə tutulan layihə  çərçivəsində müştərilər bank əməliyyatlarını həyata keçirdikcə bonuslar qazanacaq və topladıqları bonusları əməliyyatlar zamanı istifadə edə biləcəklər.

Yeni loyallıq proqramının əsas xüsusiyyətləri:

Bonus qazanmaq imkanı: Həyata keçirilən hər bir ölkədaxili köçürmə, ölkəxarici köçürmə və valyuta mübadiləsi əməliyyatı müştərilərə bonuslar qazandıracaq. Bu, hər bir əməliyyatın müştərilər üçün əlavə dəyər yaratması deməkdir. Bonusların toplanması Birbank Biznes istifadəçilərinin gündəlik biznes fəaliyyətlərini daha da sərfəli hala gətirir. 
Bonusların istifadəsi: Toplanan bonuslar müştərilərə gələcək bankdaxili əməliyyatlarının komissiyalarını qismən və ya tam ödəmək imkanı yaradır. Bu, əməliyyat xərclərini optimallaşdırmağa və maliyyə vəsaitlərinin daha səmərəli istifadəsinə imkan verir. Bu isə müştərilər üçün sərfəli olmaqla yanaşı, həm də onlara bizneslərinin maliyyə idarəetməsini gücləndirmək imkanı yaradır. 

Loyallığın artırılması: Bu proqram korporativ müştərilərlə uzunmüddətli əməkdaşlığı hədəfləyir. Belə ki, müştərilərin əməliyyatlarına əlavə fayda qataraq onlara bankın müxtəlif məhsul və xidmətlərindən daha geniş istifadə etmək imkanı yaradır. Beləliklə, müştərilər yalnız bir məhsul üzrə deyil, bir neçə məhsul üzrə də daha fəal və effektiv şəkildə fəaliyyət göstərərək bizneslərinə dəyər qata bilərlər. 

Ətraflı məlumat üçün: //kbl.az/bbpr

Birbank Biznes müştərilərində suallar yaranarsa, onlara istənilən vaxt canlı çat vasitəsilə də dəstək göstərilir. Sahibkarlara vaxta qənaət etmək imkanı verən Birbank Biznes sistemi haqqında ətraflı məlumat üçün //bir.bank/bbfipr saytına keçid edin və ya 896 məlumat mərkəzinə zəng edin.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu şəxslərin pensiyalarıiki     dəfə       artırılacaq
Neftimiz     bahalaşdı
Pensiya artımları nə vaxt veriləcək?

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Sağlam doğuşla bağlı həkimlərə      bonuslar      veriləcək
Mingəçevirdə maşının vurduğu 8-ci sinif şagirdi      xəstəxanada    ölüb