Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
122066
az

ABŞ-da kütləvi güllələnmə HƏDƏSİ: o qalib gələrsə... -FTB-dən ƏMƏLİYYAT

10:0006 Noyabr, 2024
86
DÜNYA
  • A

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) Respublikaçılar Partiyasının namizədi Donald Trampın prezident seçkilərində qalib gələcəyi təqdirdə atışma törədəcəyini bildirən şəxsi saxlayıb.

OXU24.COM  xəbər verir ki, bu barədə ABC televiziyası məlumat yayıb.

İzah edilib ki, İsaak Sissel Trampın Ağ Evin rəhbəri seçiləcəyi təqdirdə xristianları kütləvi şəkildə güllələnəcəyi ilə hədələyən mesajları internetdə yerləşdirib. O, respublikaçıları “aradan qaldırılmalı olan təhlükə” adlandırıb. Sissel Miçiqan ştatının Kanton şəhərində nəzarətə götürülüb.

Noyabrın 5-i axşam ABŞ-da Amerikanın 47-ci prezidentinin seçilməsi üçün səsvermə başlayıb. Kampaniyaya Respublikaçılar Partiyası tərəfindən namizədliyi irəli sürülən Ağ Evin keçmiş rəhbəri Donald Tramp və demokratları təmsil edən ölkənin hazırkı vitse-prezidenti Kamala Harris daxildir. Co Bayden prezidentlik yarışından imtina etdikdən sonra 78 yaşlı Tramp dövlət başçılığına ən yaşlı namizəd olub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tramp qılıncla səhnədə rəqs etdi -VİDEO
ABŞ Ukrayna ilə bağlı STRATEGİYANI DƏYİŞDİ -Tərəfləri nə gözləyir?
Türkiyədə birgünlük matəm elan edildi