Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
121931
az

Kapital Bank-ın dollar istiqrazlarına maraq böyükdür

17:5604 Noyabr, 2024
28
CƏMİYYƏT
  • A

Xəbər verdiyimiz kimi 30 sentyabr 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə Kapital Bank ASC-nin buraxılış həcmi 20 milyon ABŞ dolları olan istiqrazları premium bazar seqmentində listinqə daxil edilib.

Bu istiqrazların abunə yazılışı üsulu ilə yerləşdirilməsi 31 oktyabr 2024-cü il tarixində uğurla yekunlaşıb. Yerləşdirmə olduqca böyük maraqla qarşılanıb. 

Yerləşdirmədə 177 fiziki şəxs tərəfindən 13.1 milyon ABŞ dolları, 2 hüquqi şəxs tərəfindən 6.9 milyon ABŞ dolları həcmində sifariş verilib. Ümumilikdə 179 investor tərəfindən 193 sifariş yerləşdirilib.

Ətraflı məlumat üçün: //kbl.az/bf - link

Xatırladaq ki, təklif edilən istiqrazların hər birinin nominal dəyəri 100 dollar, illik faiz dərəcəsi 7%, ödəniş dövrü 30 gündən bir, tədavül müddəti 7 ildir. Sənədsiz, adlı, faizli, təmin edilməmiş istiqrazların yerləşdirmə üzrə anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.
Kapital Bank-ın istiqrazlarına olan bu maraq ölkəmizdə maliyyə bazarlarına olan etimadın göstəricisidir. Bank gələcəkdə də investorlara cəlbedici investisiya imkanları təqdim etməyə davam edəcək.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Nağd pul krediti sifarişi üçün— //kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — //kbl.az/prcrc.
 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Prezident o toplantıda iştirak etməyəcək
Bakıda narkotik əməliyyatı - Foto
Vəzifəli şəxs qəzada ölmüşdü - Ailəsi 1 milyon tələb edir

Yumurtanı belə yeməyin: Faydadan çox zərər verir

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
Mahaçqalada güclü qasırğa olub
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Bədəni xərçəngdən qorumağın təbii ÜSULLARI
“Kartdan karta at” deyən 120 sahibkar cərimələndi- Fotolar