Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
121866
az

"Müsabiqə yolu ilə işə qəbul edilənlər prokurorluq işçilərinin 89,1 faizini təşkil edir" - Heydər Məmmədov

11:2404 Noyabr, 2024
560
CƏMİYYƏT
  • A

Prokurorluq orqanlarına qulluğa qəbul olunmaq arzusunda olan şəxslər üçün vakant ştat vahidləri üzrə elan edilmiş növbəti müsabiqənin ikinci – yazılı imtahan mərhələsi keçirilir.

Oxu24.com xəbər verir ki, tədbir zamanı açılış nitqi ilə çıxış edən Baş prokurorun müavini Heydər Məmmədov namizədlərə uğurlar arzulayaraq bildirib ki, indiyədək işə qəbulla bağlı keçirilmiş 25 müsabiqədə uğur qazanmış 1203 hüquqşünas prokurorluq işçilərinin 89,1 faizini təşkil edir. 

Hazırkı, yəni 26-cı müsabiqənin ikinci mərhələsinə ilk turda müvəffəqiyyət qazanmış 161 nəfər hüquqşünas iştirak edir.

Qeyd olunub ki, Baş Prokurorluğun Müsabiqə Komissiyası tərəfindən imtahanın tam aşkarlıq şəraitində, şəffaf və obyektiv prosedurlar əsasında keçirilməsi üçün bütün zəruri tədbirlərin görülməsi təmin edilib.

Həmçinin, imtahanı müvafiq qurumların, o cümlədən qeyri-hökumət təşkilatlarının nümayəndələri müşahidə edir.

Hazırkı müsabiqənin yazılı imtahan mərhələsində iştirak etmiş 163 namizəd (o cümlədən 34 qadın) Bakı Dövlət Universitetinin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Milli Aviasiya Akademiyasının və xarici ali təhsil müəssisələrinin məzunlarıdır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hər gün sarımsağı bişirib yeyin, görün nə olur
Uşaqlarda baş ağrılarının təhlükəli nəticələri

Niyə paltarları maşında yumazdan əvvəl tərs çevirməliyik?

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Göldə 40 yaşlı kişinin meyiti tapıldı