ABŞ prezidentliyinə Demokratlar Partiyasından namizəd, ölkənin hazırkı vitse-prezidenti Kəmalə Harris prezident seçkilərində qələbəyə əminliyini ifadə edərək poçtla səs verib.
OXU24.COM xəbər verir ki, bu barədə siyasətçinin seçicilərə videomüraciətində bildirilir.
Harrisin sözlərinə görə, qarşıdan gələn prezident seçkiləri gərgin keçəcək. Prezidentliyə namizəd amerikalıları seçkidə öz fikirlərini bildirməyə çağırıb, onların səslərinin kritik olduğunu vurğulayıb.
Harris seçicilərdən 5 noyabrda keçiriləcək səsverməni planlaşdırmaq üçün onlayn resurslardan istifadə etməyi xahiş edib.
Prezidentliyə namizəd qalib gələcəyinə əmin olduğunu bildirib.
Noyabrın 3-də NBC News-un yekun milli sorğusu göstərib ki, Harris və Respublikaçılar Partiyasından prezidentliyə namizədin hər biri qeydə alınmış seçicilərdən 49 faiz səs toplayıb.
Bukmeker kontorlarının fikrincə, Trampın prezident seçkilərində qalib gəlmək şansı Harrisdən daha çoxdur.
Oxu24.com
ŞƏRHLƏR