Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
121840
az

Çayı qətiyyən belə içməyin: ÖLDÜRÜR

13:5003 Noyabr, 2024
137
MARAQLI
  • A

Çay, xüsusilə soyuq havalarda bədəni isidən və gündəlik olaraq sevilərək içilən içkilərdəndir. Lakin bəzi hallarda çayın qəbulunun təhlükəli nəticələr doğura biləcəyi məlum olub. Çayın yüksək miqdarda və ya çox isti formada qəbul edilməsi orqanizm üçün zərərli ola bilər, hətta ölüm riski yarada bilər.

Bəs çay içərkən hansı hallara diqqət etməliyik ki, sağlamlığımız təhlükəyə düşməsin?

Musavat.com çay içərkən diqqət edilməli məqamları təqdim edir:

Çayı həddən artıq isti içmək: Araşdırmalar göstərir ki, çox isti içki, o cümlədən çay içmək, qida borusu xərçənginin riskini artıra bilər. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) çayın 60 dərəcədən yüksək temperaturda içilməsini təhlükəli hesab edir. Çayın soyumasını gözləmədən içmək qida borusunda termik yanmalara, uzun müddətdə isə xərçəng riskinə səbəb ola bilər.

Çayın normadan artıq miqdarda içilməsi: Gün ərzində çoxlu miqdarda çay içmək də sağlamlığa zərər verə bilər. Çayın tərkibində yüksək miqdarda kafein və tein maddələri var ki, bu da maddələr ürək ritmini pozmağa, qan təzyiqini artırmağa və həzm sistemi ilə bağlı problemlərə səbəb ola bilər. Ən təhlükəli hallardan biri isə bədənin kalsiumu azaldaraq sümüklərin zəifləməsinə və sonda sümüklərin ərimə riskinə səbəb olmasıdır.

Çayı dərmanlarla birgə içmək: Çayın tərkibində olan bəzi maddələr dərmanların təsirini azalda və ya onlarla qarşılıqlı təsirə girərək xoşagəlməz nəticələr doğura bilər. Xüsusilə dəmir qəbul edən şəxslər üçün çay içmək dəmirin orqanizmdə sorulmasını çətinləşdirir. Məhz bu səbəbdən həkimlər dərman qəbul etdikdən dərhal sonra çay içməyi məsləhət görmür.

Mədə problemləri olanlar üçün böyük risk: Çayın tərkibində olan turşular mədə problemi yaşayan insanlar üçün xüsusilə risklidir. Qastrit, mədə xorası kimi xəstəlikləri olanlar çoxlu miqdarda çay içərsə, mədə turşuluğu arta və bu, xəstəliklərinin daha da ağırlaşmasına gətirib çıxara bilər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mandarin ördəyi haqda maraqlı FAKTLAR
Qadın ərini pişiyə görə məhkəməyə verdiö
WhatsApp-da yeni funksiyalar

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ