Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
121786
az

Çin daha 9 ölkəyə birtərəfli viza azadlığı verəcək

19:5501 Noyabr, 2024
40
DÜNYA
  • A

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Cien açıqlamasında viza liberallaşdırılmasından Slovakiya, Norveç, Finlandiya, Danimarka, İslandiya, Andorra, Monako, Lixtenşteyn və Cənubi Koreya vətəndaşlarının faydalanacağını bildirib.

Oxu24.com xəbər verir  ki, müvafiq olaraq, bu ölkələrin normal pasport sahibləri 8 noyabr 2024-cü il və 31 dekabr 2025-ci il tarixləri arasında 15 gündən çox olmayan müddətə Çinə vizasız səyahət edə biləcəklər.

Viza azadlığı biznes, turizm, ailə səfərləri və tranzit səyahətləri ilə məhdudlaşacaq.


Pekin administrasiyası son aylarda müxtəlif ölkələrlə viza azadlığı tənzimləmələri edərək xaricdən Çinə səyahətləri artırmağı hədəfləyir.

Çin hökuməti 2023-cü il dekabrın 1-dən birtərəfli qaydada Fransa, Almaniya, Hollandiya, İtaliya, İspaniya və Malayziya vətəndaşlarına bir il ərzində 15 gün vizasız səyahət etmək imkanı verib.

Çin yanvarın 26-da Sinqapur ilə 30 günlük qarşılıqlı viza azadlığı müqaviləsi, yanvarın 28-də isə Tailand ilə qeyri-müəyyən qarşılıqlı vizadan azadetmə sazişi imzalayıb.

İsveçrə, İrlandiya, Macarıstan, Avstriya, Belçika və Lüksemburq da martın 14-dən etibarən vizadan azad olunma proqramına daxil edilib.

Hazırda Çin 18 ölkəyə standart pasport sahibləri üçün qarşılıqlı vizadan azad edir. Bir çox ölkələrlə, o cümlədən Türkiyə ilə diplomatik, xüsusi və xidməti pasport sahibləri üçün qarşılıqlı viza güzəştləri mövcuddur.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putin Rusiyanın eskalasiyaya necə cavab verəcəyini AÇIQLADI
Peskov ELAN ETDİ: "30 dəqiqə əvvəl ABŞ-ı xəbərdar etdik"
Fransanın insan hüquqlarına dair hesabatına tənqidi baxış -TƏHLİL

Dövlət işində çalışanlara BƏD XƏBƏR: 1 yanvar tarixindən...

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
“400 minlik yeyintidən xəbərim olmayıb”- Azad Rəhimovun oğlu