Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
121753
az

ADY gücləndirilmiş iş rejminə keçdi

15:0201 Noyabr, 2024
39
CƏMİYYƏT
  • A

“Azərbaycan Dəmir Yolları” QSC noyabrın 1-dən COP29 ilə bağlı gücləndirilmiş iş rejiminə keçib.

Oxu24.com xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov bu gün ADY-nin COP29-a hazırlıq çərçivəsində Bakı Dəmiryol Vağzalı və Koroğlu dayanacağına mediatur zamanı bildirib.

“Bununla bağlı mövcud stansiya və dayanacaqlarda əməkdaşların sayı artırılıb. Bundan başqa, təhlükəsizlik tədbirləri də gücləndirilib. Sərnişinlərin hərəkətini tənzimləmək üşün naviqasiya sistemləri quraşdırılıb. Qatarların hərəkətini əks etdirən yeni monitorlar quraşdırılıb. Bakı Dəmiryolu Vağzalında genişləndirmə işləri aparılıb”, - o qeyd edib.

Onun sözlərinə görə, COP29 dövründə gündəlik 5 minədək əlavə sərnişinin dəmir yolları vasitəsilə daşınması mümkün olacaq.

Qurum rəsmisi qeyd edib ki, bu say az da ola bilər: “Biz maksimal bu sayı nəzərdə tutmuşuq. Gündəlik 27 min sərnişin Bakı Dəmiryolu Vağzalından istifadə edir. COP29 dövründə ümumilikdə 32 minə yaxın sərnişin bu vağzaldan istifadə edə biləcək”.

A.Fərəcov, həmçinin əlavə edib ki, mövcud qatarlar dəmir yolundan istifadə edəcək sərnişin sayına kifayət edir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ombudsmandan seçkilərlə bağlı AÇIQLAMA
Gürcüstan AŞPA-da fəaliyyətini dayandırdı
Bakıya qarın yağmamasının SƏBƏBİ BİLİNDİ

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Virus infeksiyaları zamanı nədən ishal baş verir və ilkin olaraq nə etmək olar?
32 yaşlı həyat yoldaşını qətlə yetirən Ağababanın FOTOSU