Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
121747
az

​“Dediklərinizin arxasında fakt yoxdur”- Parlamentdə gərginlik

14:1401 Noyabr, 2024
69
SİYASƏT
  • A

“Hər il tibb universitetini nə qədər həkim bitirir. Niyə onlara təyinat vermirlər ki, gedib 2-3 il rayonda işləsinlər?”

Oxu24.com  xəbər verir ki, bunu deputat Aqil Abbas Milli Məclisin bu gün keçirilən iclasında bildirib.

“Bu gün Xankəndidə işləmək üçün qırğın gedir. Niyə? Çünki evlə təmin olunurlar, yaxşı maaş verilir. Bu, digər rayonlara da tətbiq edilsin. Tibb Universitetini bitirənlər təzədən DİM-də imtahan verməsinlər. Bu, universitetin diplomuna inanmamaqdan irəli gəlir. Tibb Universitetinin məzunlarına təyinat verilsin, lap məcburi qaydada rayonda işləsinlər”. 

Sahibə Qafarova isə Aqil Abbasın fikirlərinə etirazını bildirib: “Aqil müəllim, dediklərinizin arxasında fakt yoxdur. Xahiş edirəm, rəsmi statistika təqdim edin. Səyyad müəllim də, siz də deyirsiniz ki, həkim yoxdur. Bunu rəsmi statistika ilə əsaslandırın”.

Qeyd edək ki, deputat Səyyad Salahlı Azərbaycanda həkim çatışmazlığı olduğunu, onların maaşa görə işləməyə xaricə üz tutduğunu bildirib. 

***

Deputat Əhliman Əmiraslanov qeyd edib ki, həmkarlarının dediklərində həqiqət var: “Çünki kadr çatışmazlığı doğrudan da var.
Bu, bizi narahat edən məsələdir. Bu məsələlər hamısı aktualdır. Lakin Azərbaycanda səhiyyənin tamamilə aşağı olması fikri ilə razılaşmıram.

İcbari Tibbi Sığorta işləyir, insanların İTS-dən məmnunluğu artır. Bunlar get-gedə artır. Lakin həmkarım Aqil Abbasın həkimlərin təyinatı ilə bağlı fikirlərinə aid deyə bilərəm ki, Azərbaycanda təyinat məsələsi var. Bu, rezidentura çərçivəsində olur”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Prezident sərəncam imzaladı: Maliyyə ayrıldı
Tramp İlon Maskı “kainatın mərkəzinə” DƏVƏT ETDİ -"Sizin üçün darıxırıq"
Vladimir Putin İlham Əliyevə zəng edib, təyyarə qəzasına görə üzrxahlığını bildirib

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Vardanyanın məhkəməsi başlayır