Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
121731
az

Şagirdlərin elektron yerdəyişməsinə başlanıldı

12:3001 Noyabr, 2024
62
CƏMİYYƏT
  • A

Bu gündən 2-11-ci sinif şagirdlərinin elektron yerdəyişməsi prosesi başlayıb.

Oxu24.com  xəbər verir ki, şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

Müxtəlif səbəblərdən 10-cu siniflərə qeydiyyat üçün gecikən şagirdlər də 1 noyabr - 1 dekabr tarixlərində ümumi təhsil müəssisələrinə qəbul üçün sy.edu.az vasitəsilə müraciət edə bilərlər.

Məktəbəhazırlıq qrupları və 1-ci siniflərin yerdəyişməsi prosesi isə noyabrın 25-i saat 11:00-dan etibarən aktiv ediləcək.

Qeyd edək ki, şagirdlərin elektron yerdəyişməsi sistemində 2024-2025-ci tədris ilində tətbiq edilən yeniliyə əsasən istifadəçilərin fərdi məlumatlarının təhlükəsizliyinin artırılması məqsədilə Azərbaycan vətəndaşları və ölkə ərazisində müvəqqəti və daimi yaşama icazəsi olan xarici ölkə vətəndaşlarının şəxsi kabinetə "istifadəçi adı və şifrə" ilə daxil olması məhdudlaşdırılacaq.

Şəxsi kabinetə giriş yalnız Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təmin edilən Vahid Giriş Sistemi (“Digital Login”) ilə həyata keçirilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hikmət Hacıyev İrandadır
Qəhvə beyinə necə təsir edir? - Maraqlı araşdırma
Bələdiyyə seçkiləri ilə bağlı MSK-ya daxil olan şikayətlərə baxılıb

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Süd içəndə niyə yatırıq? - Sirri bu imiş
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi