Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
121721
az

Velosiped və skuter ehtiyat hissələrinin idxalı gömrük rüsumundanazad edildi

11:0901 Noyabr, 2024
58
İQTİSADİYYAT
  • A

Nazirlər Kabineti 17 noyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

Oxu24.com  xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Məlumata görə, bu qərar yerli istehsalçıdan daxil olan müraciətlər nəzərə alınmaqla, velosiped və skuterin ölkə ərazisində sənaye yığımının təşviq edilməsi və dəstəklənməsi üçün idxal olunan velosiped və skuter ehtiyat hissələrinin idxal gömrük rüsumlarının optimallaşdırılması məqsədilə hazırlanıb.

İndiyə qədər qüvvədə olan qaydaya görə, velosiped və skuter ehtiyat hissələrinin idxalı üzrə əsasən 5 % və 15 % rüsum dərəcəsində advalor gömrük rüsumu (bir ehtiyat hissəsi üzrə isə spesifik gömrük rüsumu) müəyyən olunub. Yeni qərara əsasən, 2028-ci ilin sonuna qədər həmin ehtiyat hissələrinin sənaye (yığım) müəssisəsində sənaye yığımı məqsədilə idxalı üzrə gömrük rüsumu ləğv edilib.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Neft      bahalaşdı
Gəncədə böyük təmir-bərpa işləri aparılacaq- Prezident açıqladı
Müəllim və həkimlərin maaşları artacaq? -AÇIQLAMA

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Usta öldü