Mərkəzi Bankın İdarə Heyətinə yeni üzvlər təyin edilir.
Oxu24.com xəbər verir ki, bu, parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyəti üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi haqqında” məsələdə əksini tapıb.
Layihəyə əsasən, Toğrul Nəcəfəli oğlu Əliyev, Gülər Azər qızı Paşayeva, Əli İsmayıl oğlu Əhmədov və Vüsal Cahangir oğlu Xəlilovun Mərkəzi Bankın İdarə Heyətinə üzv təyin edilməsi təklif edilir.
Eyni zamanda layihəyə əsasən, Rəşad Temraz oğlu Orucov Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsindən azad olunur.
Oxu24.com
ŞƏRHLƏR