Dağıstanın Karabudaxkənd rayonunun sakini ona yol verməyən qohumunu güllələyib.
OXU24.COM xəbər verir ki, bu barədə "Mash Gor" "Telegram" kanalı məlumat yayıb.
Bildirilib ki, yol münaqişəsi qohumlar arasında atışmaya səbəb olub.
Mübahisə iştirakçılarından biri magistral yolda qohumu ona yol verməkdən imtina etdikdən sonra travmatik silahdan istifadə edib.
Atışma nəticəsində 4 nəfər - biri başından və kürəyindən, onunla birlikdə avtomobildə olan 3 sərnişin də yaralanıb.
Tibb müəssisəsinə gedən yaralının olduğu avtomobil də qəzaya düşüb. Faktla bağlı cinayət işi açılıb.
Hüquq-mühafizə orqanları uzun müddət münaqişə iştirakçılarının bir-biri ilə düşmənçilik etdiyini, sonda hər şeyin atışma ilə bitdiyini bildiriblər.
Oxu24.com
ŞƏRHLƏR