Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
121696
az

Tramp, yoxsa Harris: Azərbaycanın maraqlarına hansı sərfəlidir?

21:5731 Oktyabr, 2024
63
DÜNYA
  • A

Donald Tramp, yoxsa Kamala Harris: Ağ Evdə kimin olması Azərbaycanın maraqlarına uyğundur?

Prezidentin kim olması xarici siyasətdə ABŞ maraqlarının təmin edilməsi prioritetini dəyişdirmir, fərq hansı metodlardan istifadə edilməsi və hansı tərəflərlə işləməkdədir. Bu kontekstdə Azərbaycan üçün Tramp və Harrisin – respublikaçılarla demokratların yanaşması əsasdır, xüsusilə Ermənistana və erməni diasporu/lobbisinə olan münasibət fonunda. Məsələyə iki aspektdən yanaşmaq olar.


Birincisi, tarixi xronologiyaya istinad;

XX əsrin əvvəlində ortaya atılan “böyük ermənistan” xülyası Vudro Vilsonun “yeni dünya xəritəsi” ilə “rəsmiləşmişdi”. Paris Sülh Konfransında Topçubaşovun AXC-nin tanınması istəyini rədd edən Vilson xəritəsində də Azərbaycana yer ayırmamışdı. Bu, dövrün yeni qurulan geosiyasi şərtlərində ABŞ-ın planı olsa da, Vilsonun demokrat olması mənfi detal kimi tarixə həkk olunub.

70 il sonra Azərbaycan yenidən müstəqil olanda məlum “907-ci düzəliş” respublikaçıların dövründə qəbul edilib, hərçənd, Konqresdə demokratların – dövlət katibi olmuş Con Makkeyn və hazırki prezident Co Baydenin xüsusi fəallığı da unudulmamalıdır.

1997-ci ildə Heydər Əliyevin ABŞ-a səfəri Bakı-Vaşinqton münasibətlərində müsbət dönüş yaratdı. Həmin vaxt Ağ Evdə demorkatlar sahiblik edirdi, lakin Heydər Əliyevin respublikaçı Buşla səmimi görüşü, hətta evində qonaq olması da maraqlı məqam idi. Həmin illər beynəlxalq müstəvidə Qarabağ məsələsi ətrafında balansın Azərbaycanın xeyrinə dəyişməyə başlandığı dövr kimi qiymətləndirilir. Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan iddia edir ki, balansın dəyişməsi Texas lobbisinin dəstəyi ilə mümkün oldu. Respublikaçıların üstünlük təşkil etdiyi Texas amili maraqlı detaldır.

Respublikaçı (oğul) Buşun prezidentliyi dövründə Bakı-Vaşinqton münasibətləri kifayət qədər müsbət olub. Burada 2001-ci ildən sonra ABŞ-ın “terror təhlükəsi”nə qarşı başladığı şərq ekspedisiyası həlledici amil olsa da, yuxarıda qeyd etdiyimiz kimi, Vaşinqtonun xarici maraqlarının həyata keçirilməsində Azərbaycanla əməkdaşlıq xəttini seçdiyi faktdır.

Demokrat Obamanın dövründə Bakı-Vaşinqton münasibətlərində “soyuq küləklər” daha çox müşahidə edilib. Bu, müəyyən mənada başı “ərəb baharına” qarışan Obama administrasiyasının Cənubi Qafqaza daha az diqqət ayırmasından da qaynaqlanırdı.

Azərbaycan-ABŞ münasibətlərinin, yaxud Vaşinqtondan Bakıya olan yanaşmanın tamamilə “respublikaçı-demokrat” seçimi üzərindən etmək doğru olmasa belə – erməni lobbisinin aktiv üzvləri arasında respublikaçılar da yer alır -, tarixi xronologiya bizim maraqlarımız baxımından respublikaçıların müsbət obrazını önə çıxarır.

İkincisi, son səkkiz ilin reallıqları – Tramp və Bayden administrasiyalarının müqayisəsinə istinad;

Trampın Qarabağdan gedən ermənilərlə bağlı “120 min xristian dəhşətli şəkildə təqib edilib” açıqlaması bu obrazla bağlı fikirləri qarışdırdı, hərçənd, bunun daha çox seçki mübarizəsinin elementi kimi irəli sürüldüyü aydın görünür. Bu, həm ABŞ-da əsasən demokratların namizədini dəstəkləyən erməni icmasının səsinə “elçi” düşmək, həm də Harrisin səslərini azaltmaq üçün xristianlıq kartından istifadə etməyə hesablanıb. Trampın seçiləcəyi təqdirdə, erməni maraqlarını prioritet tutacağını isə demək çətindir. 2017-2021-ci illərdə - Trampın prezidentliyi dövründə ABŞ-da erməni diasporu/lobbisinin çətin vəziyyətə düşməsi də bu fikri gücləndirir.

- 2017-ci ildə erməni diasporu Trampın qəbuluna düşməkdə ciddi çətinliklə üzləşmişdi, hətta həmin vaxt Ermənistan prezidenti olan Serj Sarkisyanın zənglərinə də Ağ Evdə cavab verilmədiyi haqda məlumatlar vardı;
- Trampın gəlişindən dərhal sonra “Qarabağdakı separatçılara” mina təmizləmə adı altında ayrılan maliyyə ilə bağlı tədqiqat başlanılmışdı;
- Daha sonra separatçılara ayrılan maliyyə vəsaitinin ixtisar edilməsi haqda qərar qəbul olundu;


Seçki mübarizəsində erməni diasporunun Trampa qarşı çıxması da bundan qaynaqlanır.

Trampın prezidentliyi dövründə Azərbaycanla münasibətlər normal məcrada davam etdiyi halda Baydenin gəlişindən sonra sərtləşdi, xüsusilə Xankəndidə separatizmin ləğvinə aparan proses və anti-terror tədbirləri zamanı demokratların erməni maraqlarının müdafiəsi məqsədilə Azərbaycana hücumları fonunda. Ağ Evdə mövcud administrasiyanın Cənubi Qafqazda Ermənistanı platforma kimi görməsi də maraqlarının təmin edilməsində hansı tərəfi seçdiyinin nümunəsidir.

Ağ Evdə “əl dəyişərsə”, bu, Vaşinqtonun regional siyasətinin tamamilə dəyişməsi ilə nəticələnməsə belə, tarixi xronologiya və son 8 ilin müqayisəsi Trampın – respublikaçıların Azərbaycan maraqlarına daha uyğun olduğunu deməyə əsas verir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Türkiyədə polis əməkdaşlarına silahlı hücum edildi
Pezeşkiandan ŞOK QƏRAR - İranın paytaxtı...
Bəy toya bir həftə qalmış, dəvətnamələri paylayarkən ağır qəzaya düşdü - FOTO

Dövlət işində çalışanlara BƏD XƏBƏR: 1 yanvar tarixindən...

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
“400 minlik yeyintidən xəbərim olmayıb”- Azad Rəhimovun oğlu