Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
121684
az

Azərbaycan Prezidenti İspaniya Hökumətinin Sədrinə başsağlığı verib

19:1931 Oktyabr, 2024
80
CƏMİYYƏT
  • A

Azərbaycan Prezidenti İlham Əliyev İspaniya Hökumətinin Sədri Pedro Sançezə başsağlığı verib.

Oxu24.com  xəbər verir ki, başsağlığı məktubunda deyilir:

"Hörmətli cənab Sədr,

Valensiya regionunda baş vermiş güclü daşqınlar nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İspaniya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Lukaşenko yenidən PREZİDENT SEÇİLDİ
Xaçmazda gənc dostu tərəfindən bıçaqlandı
Əfsanəvi pilotun qəzadan öncəki SƏS YAZISI YAYILDI -İDDİA