İmişli Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədovun təşəbbüsü ilə əslən İmişlidən olan,dünyasını dəyişmiş,rayonun inkişafında müstəsna xidmətləri olan insanların foto portretlərindən ibarət “Dəyərlərimiz unudulmur!” başlıqlı lövhə yaradılıb.
CityPost.az xəbər verir ki, qeyd olunan lövhə İmişli Rayon Ağsaqqallar Şurasının inzibati binasının qarşısında quraşdırılıb.
(İmişli Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov)
Lövhədə Məşədi Bülbül, Ələkbər Bəşirov,Yusif Şirinov, Məryəm Şahverdiyeva, Qadir İsmayılzadə, Xalıq Mirzəyev, Vəli Mirzəyev, Nurəddin Qarayev, Tahir Mikayılov, Əli Əliyev, Cəfər Rəhimov, Qarakişi Qasımov, Pənah Həsənov, Çingiz Ocaqverdiyev, Ezam İmanov, Qədim Əhmədov və başqaları kimi xeyirxah insanların barəsində məlumatlar əksini tapıb.
Əslən İmişlidən olan ziyalı,tanınmış şair Şəmsi Vəfadardan bu təşəbbüsə münasibət öyrəndik. Şəmsi Vəfadar aşağıdakı fikirləri bildirib:
(Şair - Şəmsi Vəfadar)
“Əlbəttə, Saleh Səmədov tərəfindən irəli sürülmüş bu təşəbbüs çox tədqirəlayiqdir,bəyəniləndir. Güman edirəm ki, onun bu təşəbbüsü bütün rayonlarda,soykökünə hörmət edən, ziyalı qədri bilənlər tərəfindən tətbiq edilib,yayılacaq. Belə bir deyim var: “İnsan öləndə unudulmur,unudulanda ölür”...
Oxu24.com
ŞƏRHLƏR