Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
121664
az

Ağadadaş Ağayev məhkəməyə gəlmədi- Həbsi tələb edildi

16:1831 Oktyabr, 2024
82
SON DƏQİQƏ
  • A

Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Oxu24.com un məlumatına görə, Binəqədi Rayon Məhkəməsinin hakimi Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Ağadadaş Ağayev prosesə gəlmədiyi məlum olub.

O, məhkəməyə səhhəti ilə əlaqədar iştirak edə bilməyəcəyi ilə bağlı teleqram göndərib. 

Zərərçəkmiş Nəzakət Paşayevanın vəkili Gülşən Salmanova isə Ağadadaş Ağayevin məhkəməyə gəlməməsinə etiraz edib. Onun barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı vəsatət verib.

Məhkəmə qısa müşavirədən sonra vəsatəti təmin etməyib.

Məhkəmənin növbəti iclası noyabrın 14-nə təyin edilib.

Xatırladaq ki, hadisə bu ilin iyulunda baş verib. Ağadadaş Ağayev mübahisə etdiyi mühafizəçiyə balta atıb. Mühafizəçi Nurəddin Cəlilov isə Xalq artistini döyüb. Balta isə klinikada çalışan qadın N.Paşayevaya dəyərək xəsarət yetirib.

Təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Sako” ləqəbli tiktoker    həbs     edildi
Ağadadaş Ağayev məhkəməyə gəlmədi- Həbsi tələb edildi
Məmur oğlu faciəvi şəkildə öldü

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Faciəli şəkildə öldü