Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
121650
az

Tağı Əhmədovun hakim oğlu CƏZALANDIRILACAQ

14:1931 Oktyabr, 2024
96
  • A

Nizami Rayon Məhkəməsinin hakimi Rauf Əhmədovun cəzalandırılması üçün xüsusi qərar çıxarılıb.

Oxu24.com  xəbər verir ki, Oxu.az-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsi sözügedən qərarı Məhkəmə-Hüquq Şurasına göndərib.

Səbəb olaraq Nizami rayonunda tikinti aparan "Kursus-Nizami" şirkətinin yerli sakinlərlə mübahisəsi əsas götürülüb.

Qeyd olunur ki, şirkət müvəqqəti təminat tədbiri tələb edərək, binalara girişin qadağan olunmasını, sakinlərin köçürülməsini, evlərin sökülməsini istəyib. R.Əhmədov da 15 oktyabr 2024-cü il tarixli qərarı ilə bu ərizəni təmin edib, evlərin qəzalı vəziyyətdə olduğunu qeyd edib. Məhkəmədə sakinlər yekun qərar verilənədək söküntünün qadağan olunmasını tələb ediblər.

R.Əhmədovun söküntü ilə bağlı qərarından sonra ziddiyyətli durum yaranıb. Belə ki, məhkəmə bir qərarla söküntünü qadağan etsə də, digər qərarla icazə verib. Bu səbəbdən Bakı Apellyasiya Məhkəməsi R.Əhmədovun cəzalandırılmasına qərar verib.

Xatırladaq ki, Rauf Əhmədov Bakı Metropoliteninin sabiq rəisi, mərhum Tağı Əhmədovun böyük oğludur. Qeyd edək ki, Tağı Əhmədov uzun sürən xəstəlikdən sonra oktyabrın 18-də vəfat edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Pərvanə efirə qayıtdı - Bu kanalda veriliş aparacaq - VİDEO
Əhaliyə xəbərdarlıq edildi
Qar yağacaq - XƏBƏRDARLIQ

Titikaka gölü haqda maraqlı FAKTLAR

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Onların da sertifikatı ləğv olundu- Foto
Əziz Əliyev küçəsində qaydaları belə pozdular- Foto